12659615_1136862719657280_29907515_n

Yeniyetmələr İrsimiz – Mədəni dəyərlərimizi öyrəndilər

Baxış sayı: 1. 544

2015-ci il oktyabr-dekabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı məkətəbliləri üçün ”İrsimiz-Mədəni dəyərlərimiz” layihəsi həyata keçirilib.

Layihənin məqsədi Azərbaycanın mədəni dəyərlərinin yeniyetmələrə tanıdılması və onun təbliği işində gənclərin iştirakçılıq səviyyəsinin artırılmasıdır. Layihə çərçivəsində Bakı şəhərinin 153, 175 və 202 saylı orta məktəblərinin şagidləri üçün Tarixi abidələrimiz, incəsənət nümunələrinin təbliği, ədəbi dilimiz inkişaf mərhələləri haqqında informasiya sessiyaları təşkil edilmişdir.Ekspert məktəbliləri maraqlandıran sualları cavablandırmış, mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə ötürülməsinin vacibliyini izah etmişdir.

Layihə rəhbəri Namaz Zülfüqarlı layihənin məktəblilər tərəfindən maraqla qarşılandığını qeyd etmişdir. Layihənin uğurlu ideayasını davam etdirmək üçün gələcəkdə seminarlar da bəhs edilən tarixi abidələrə məktəblilərin iştirakı ilə ekskursiyaların təşkil edilməsini planlaşdırılır.

12659772_1136862722990613_949402038_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir