Zirincli toyuq salati

Zirincli toyuq salatı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 011

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə  zirincli toyuq salatının hazırlanması ilə tanış edəcəyik.

 

Tərkibi:

Toyuğun döş əti, zirinc, qoz, moyanez, xama, sarımsaq, duz, istiot.

 

Hazırlanması:

Toyuğun döş ətini suda qaynadırıq. Sonra qozu doğrayırıq, toyuğun döş ətini didirik, sarımsağı əzirik və zirinci yuyub quruduruq. Sonra bir qab götürüb ərzaqları, duzu, istiotu əlavə edib yaxşıca qarışdırıq. Sonra xama ilə moyanezi əlavə edib, qarışdırıb zövqə görə bəzəyirik.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir