ziyil

Ziyillərə qarşı 5 təbii resept

Baxış sayı: 1. 123

Bəzi xalq təbabəti vasitələri ilə də ziyillərdən xilas olmaq mümkündür. “Gencaile.az” ziyillərdən xilas olmaq üçün 5 effektiv təbii müalicə üsulunu təqdim edir.

1. Soğanı sirkədə 2 saat saxlayın və ziyilin üstünə qoyub bağlayın, sarğı gecə boyu qalsın. Bu üsulu bir-neçə dəfə tətbiq eləsəniz ziyildən xilas ola bilərsiniz.

2. 10 gün ziyili təzə alma sirkəsi ilə silin. 10 gün sonra ziyyillərdən xilas olduğunuzu görəcəksiniz.

3. Kalanxoe yarpağını ziyilin üstünə qoyub bağlanır və bir gün ərzində sarğı açılmır. Hər gün təkrarlanarsa, 1 həftə sonra ziyil itir.

4. Gündə 2 dəfə aloe şirəsini, dəmrovotu şirəsini, ananası ziyilə sürtməklə onldan xilas olmaq mümkün olur.

5. Qaraqaytaran toxumunu donuz yağı ilə qarışdırıb ziyillərin üstünə sürtməklə onlardan xilas olmaq mümkün olur. Bu zaman məlhəm ziyilə sürtülür və üstü bintlə bağlanır. Sarğı 3 gündən sonra açılır. Sarğı açıldıqdan 7 gün sonra ziyillər qopub düşür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir