tv

Zo­ra­kı­lıq­la do­lu film­lər uşaqlara necə zərər vurur?

Baxış sayı: 136

Bu gün uşaq­la­rın aq­res­siv ol­ma­sın­dan, psi­xo­lo­ji prob­lem­lər ya­şa­ma­sın­dan, gec da­nış­ma­sın­dan gi­ley­lə­nən­lər çox­dur. Am­ma sa­at­lar­la uşaq­la­rın te­le­vi­zor qar­şı­sın­da vaxt ke­çir­mə­yi­nə, mo­bil te­le­fon­da, in­ter­net­də nə­yə­sə bax­ma­ğı­na çox az va­li­deyn fi­kir ve­rir. Be­lə va­si­tə­lər­də isə nə is­tə­sən var; dəh­şət film­lə­ri, dö­yüş səh­nə­lə­ri, ero­tik səh­nə­lə­ri olan film­lər və se­ri­al­lar uşaq­la­rın az qa­la gün­də­lik bax­dı­ğı şey­lə­rə çev­ri­lib.

Mil­li Te­le­vi­zi­ya və Ra­dio Şu­ra­sı (MTRŞ) uşaq­la­rın və yet­kin­lik ya­şı­na çat­ma­yan­la­rın fi­zi­ki, mə­nə­vi və əq­li in­ki­şa­fı­na zi­yan vu­ra bi­lən və te­le­vi­zi­ya mə­ka­nın­da kod­suz ya­yım­la­nan, o cüm­lə­dən ero­ti­ka­nı və qəd­dar­lı­ğı əks et­di­rən proq­ram­lar­dan qo­run­ma­sı üçün dai­mi mo­ni­to­rinq­lər apa­rır və mü­va­fiq təd­bir­lər hə­ya­ta ke­çi­rir. Mil­li Te­le­vi­zi­ya və Ra­dio Şu­ra­sı­nın (MTRŞ) Mo­ni­to­rinq şö­bə­si­nin mü­di­ri Tə­vək­kül Da­da­şo­vun “Trend”ə bil­dir­di­yi­nə gö­rə, te­le-ra­dio haq­qın­da qa­nun­ve­ri­ci­lik­də konk­ret tə­ləb­lər var ki, te­le­vi­zi­ya ka­nal­la­rı o tə­ləb­lə­rə ria­yət et­mə­li­dir: “Uşaq­la­rın və yet­kin­lik ya­şı­na çat­ma­yan­la­rın fi­zi­ki, mə­nə­vi və əq­li in­ki­şa­fı­na zi­yan vu­ra bi­lən və kod­suz ya­yım­la­nan, o cüm­lə­dən ero­ti­ka­nı və qəd­dar­lı­ğı əks et­di­rən proq­ram­lar üçün xü­su­si qay­da­lar var. Bu qay­da­lar­da bir çox mə­sə­lə­lər öz ək­si­ni ta­pıb ki, bun­la­rın da məq­sə­di uşaq­la­rın və ye­ni­yet­mə­lə­rin mə­na­fe­yi­ni qo­ru­maq üçün nə­zər­də tu­tu­lub. Efir­də fi­zi­ki və psi­xi zo­ra­kı­lıq hal­la­rı­nın əks olun­du­ğu səh­nə­lə­rin, qor­xu­lu və dəh­şət­li film­lə­rin yer al­ma­sı, tib­bi əhə­miy­yət kəsb edən əmə­liy­yat­la­rın, hip­noz əmə­liy­yat­la­rın, kri­mi­nal fəa­liy­yə­ti, spirt­li iç­ki­lə­rin, nar­ko­tik va­si­tə­lə­rin, tü­tün mə­mu­lat­la­rı­nın is­ti­fa­də edil­mə­si­nin əks olun­du­ğu səh­nə­lə­rin ya­yım­lan­ma­sı, qu­mar oyun­la­rı­nın, id­man mərc oyun­la­rı­nın təb­li­ği ilə bağ­lı olan və di­gər mə­sə­lə­lər bu qay­da­lar­la tən­zim­lə­nir. Bi­zim tez-tez rast gəl­di­yi­miz mə­sə­lə bu hal­la­rın qeyd olun­du­ğu səh­nə­lə­rin ya­yı­mı efir­də məh­dud­laş­dı­rı­lır. Bu məh­dud­laş­dır­ma sə­hər sa­at 07:00-dan ax­şam sa­at 23:00-ə qə­dər müd­dət­dir. +12, +18 və di­gər yaş məh­du­diy­yət­lə­ri­nin qo­yul­ma­sı isə te­le­vi­zi­ya­la­rın da­xi­li ya­ra­dı­cı­lıq işi­dir”.

Da­da­şov qeyd edib ki, əgər yu­xa­rı­da qeyd olu­nan hal­lar aş­kar olu­nur­sa, MTRŞ tə­rə­fin­dən bu­nun­la bağ­lı mü­va­fiq təd­bir­lər gö­rü­lür: “Qeyd edim ki, əv­vəl­ki dövr­lər­də be­lə hal­la­ra tez-tez rast gə­li­nir­di. MTRŞ bu­nun­la bağ­lı mü­va­fiq təd­bir­lər gö­rüb, cə­ri­mə­lər edir­di. Son vaxt­lar bu mə­sə­lə­lər mü­əy­yən qə­dər aza­lıb, am­ma ye­nə də bu o de­mək de­yil ki, be­lə hal­lar tam ara­dan qal­dı­rı­lıb. MTRŞ dai­mi mo­ni­to­rinq­lər ke­çi­rir və bun­la­rı iz­lə­yir”.

usaqlar

Psi­xo­loq Ra­mi­nə Hə­sə­no­va bil­di­rir ki, te­le­vi­zi­ya ka­nal­la­rın­da yaş­la­rı­na uy­ğun ol­ma­yan, psi­xi və fi­zi­ki zo­ra­kı­lıq­la do­lu film­lər, hər cür və bə­zən də uşaq­lar üçün təh­lü­kə­li və əy­lən­cə­li ol­du­ğu üçün uşaq­la­rın diq­qə­ti­ni cəlb edən vi­deo ma­te­ri­al­lar­la, oyun­lar­la do­lu in­ter­net müa­sir uşaq­la­rın gün­də­lik rast­laş­dı­ğı stress­dir. Xü­su­sən də, uşaq­lar nə­za­rət­siz qa­lır­sa, be­lə şey­lə­rə çox ba­xır və nə­ti­cə­də can­lı ün­siy­yət aza­lır, uşaq­lar öz­lə­ri­nə qa­pa­nır, üz və dil əzə­lə­lə­ri iş­lək­siz qa­lır, aq­res­siv olur, dün­ya­nın ne­cə də pis bir yer ol­du­ğu­nu hiss edə­rək ya­şa­maq sev­gi­si­ni iti­rir, mə­yus olur, da­im hə­yə­can və qor­xu ilə ya­na­şı on­lar­da in­ter­net­dən, oyun­lar­dan ası­lı­lıq da ya­ra­nır.

R.Hə­sə­no­va qeyd edir ki, +16 və +18 işa­rə­si qo­yul­ma­lı olan film­lə­rə və ve­ri­liş­lə­rə uşaq­la­rın bax­ma­sı on­la­rın hə­ya­tın­da bir çox prob­lem­lə­rin əsa­sı­nı qo­yur: “Be­lə film­lə­rə ba­xan uşaq­lar­da və ye­ni­yet­mə­lər­də va­li­deyn nə­za­rət­siz­li­yin­dən bir çox prob­lem­lər ya­ra­na bi­lər. Qız uşa­ğı ana ilə bə­ra­bər otu­rub ev­li­lik proq­ram­la­rı­na ba­xır. Qız be­lə ve­ri­liş­lə­rə ba­xıb or­dan nə gö­tü­rə­cək? Biz on­dan nə göz­lə­yək? Ne­cə bir cə­miy­yət ye­tiş­di­ri­rik? Asan­lıq­la te­le­vi­zi­ya va­si­tə­si­lə ai­lə qu­ran, is­tə­mə­dik­də bo­şa­nan və ye­nə efi­rə çı­xan qız­lar? Bir az­yaş­lı oğ­lan ata­sı ilə sa­vaş, zo­ra­kı­lıq səh­nə­lə­ri olan film­lə­rə ba­xır­sa, biz on­dan aq­res­siv ol­ma­ma­sı­nı ne­cə göz­lə­yək?”

Onun de­di­yi­nə gö­rə, Azər­bay­ca­nın ki­no sa­hə­si in­ki­şaf et­mə­di­yin­dən, xa­ri­ci film­lə­rə, se­ri­al­la­ra bax­ma­ğa məc­bu­ruq: “Bi­zim men­ta­li­tet­lə xa­ri­ci öl­kə­lə­rin ya­şam tər­zi ara­sın­da dağ­lar qə­dər fərq var. Nə­ti­cə­də uşaq­lar on­la­ra ba­xıb elə bö­yü­yür. Yax­şı olar ki, biz­də uşaq və ye­ni­yet­mə­lər üçün da­ha çox ciz­gi fil­mi, film­lər və se­ri­al­lar çə­kil­sin və bu za­man psi­xo­loq məs­lə­hə­tin­dən də ya­rar­la­nıb fil­min han­sı yaş qru­pu­na uy­ğun­lu­ğu qeyd olun­sun”.

Həm­söh­bə­ti­miz qeyd edir ki, az­yaş­lı uşaq­lar va­li­deyn­lə­ri ilə bir­gə otu­rub se­ri­al­la­ra ba­xır: “İn­di­ki dövr­də in­ter­net­dən is­ti­fa­də də az­yaş­lı uşaq üçün nor­ma­ya çev­ri­lib. “Ma­vi ba­li­na” de­yi­lən oyun var. Bu oyun ön­cə uşaq­la­rı tən­ha­lı­ğa qərq edir. Uşaq­la­ra öz­lə­ri­nə əziy­yət ver­mə­yi öy­rə­dir. On­lar tək qal­ma­ğa üs­tün­lük ver­mə­yə baş­la­yır. Nə­ti­cə­də oyun uşaq­la­ra psi­xo­lo­ji tə­sir edə­rək on­la­rı in­ti­har et­mə­yə təh­rik edir. Bu da va­li­deyn­lə­rin uşaq­la­ra az diq­qət ayır­ma­sın­dan, on­la­rı nə­za­rət­siz qoy­ma­la­rın­dan irə­li gə­lir. Va­li­deyn uşa­ğa se­ri­al­la­ra bax­ma­ğı qo­yur, be­lə oyun­lar­la ma­raq­lan­dı­ğın­dan xə­bər­siz olur, am­ma tez-tez də öv­la­dı­na de­yir ki, dərs oxu”.

Hə­sə­no­va bil­di­rir ki, xü­su­sən ra­yon yer­lə­rin­də az­yaş­lı uşaq­lar və ye­ni­yet­mə­lər bö­yük­lər­lə bir­gə otu­rub se­ri­al­la­ra, ev­li­lik ve­ri­liş­lə­ri­nə ba­xır: “Nə­ti­cə­də uşaq­lar bö­yü­yü say­mır, “mən de­yən ol­ma­lı­dır” prin­si­pi ilə ya­şa­yır­lar, çox aq­res­siv dav­ra­nır­lar. Xa­ri­ci film­lə­rə ba­xa­raq ye­ni­yet­mə­lə­rə elə an­caq dis­ko­te­ka haq­qın­da dü­şü­nür, ora get­mək is­tə­yir­lər. Ge­dib də pis əha­tə­yə dü­şür və bu da onun hə­ya­tın­da mən­fi, fa­ciə­vi ha­di­sə­lə­rin baş ver­mə­si­nə gə­ti­rib çı­xa­rır”.

De­di­yi­nə gö­rə, te­le­ka­nal­lar­da ya­yım­la­nan film­lər ge­niş au­di­to­ri­ya qa­zan­maq xət­ri­nə elə çə­ki­lir ki, şüu­ral­tı­nı açıq qo­yur. Bir se­ri­ya­da baş­la­yan ha­di­sə bit­mə anın­da da­ya­nı­lır və növ­bə­ti se­ri­ya­da da­va­mı ve­ri­lir. “Uşaq hə­yə­can­la fil­mə və se­ria­la ba­xır və nə ilə nə­ti­cə­lə­nə­cə­yi­ni göz­lə­yir, stress ke­çi­rir. Bü­tün fik­ri film­də qa­lır”.
Psi­xo­loq va­li­deyn­lə­rə məs­lə­hət gö­rür ki, müt­ləq uşaq­la­ra ya­şı­na gö­rə film­lər və ciz­gi film­lə­ri seç­sin­lər. “Uşaq­la­ra on­la­rı maa­rif­lən­di­rən ve­ri­liş və film­lə­rə bax­ma­ğa yö­nəl­din. On­lar ki­tabr oxu­ma­lı, gə­lə­cək hə­yat­la­rın­da­kı plan­la­rı haq­qın­da dü­şün­mə­li­dir”.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir