Qabyuyan maşınları
* Qab-qacaq maşını yerləşdirilərkən ətrafında ən az 5 sm boşluq buraxılmalı, qızmamaqdan ötəri isti havanın asanca dağılması təmin edilməli.
* Yaz aylarında istilik və nəmi azaltmaq üçün səhər və axşam saatlarında istifadə edilməli.
* Qab-qacaqları öncədən islatmağa ehtiyac yoxdur , lazım olduğu hallarda isti su yerinə soyuq su istifadə edilməli.
* Qab-qacaqları dezinfeksiya etmək lazım olmadıqda, 55 dərəcə su istiliyi kifayətdir.
* Tam tutum dolmadıqca maşını işlətməyin .
* Qab-qacaqları, qab-qacaq maşınına qoymadan əvvəl soyuq suda yaxalayın.
* Maşının yarı dolu və ya həddindən artıq dolu şəkildə qətiliklə işlətməyin .
* Maşın işləyərkən mümkünsə duş və mətbəxdə həddindən artıq su istifadə etməyin.
Soyuducu və dərin dondurucular
* Soyuduculardan maksimum məhsuldar istifadə edilməsinə çalışmaq lazımdır. Soyuducunun ətrafının toz və hava sirkülasiyasiyasının təsir edici maddələrindən və istilik qaynaqlarından uzaq tutulması lazımdır.
* Şkafınızı, soba, radiator, qab-qacaq maşını və ocaq kimi isidici qaynaqlardan uzaq yerlərə yerləşdirin ki, enerji istehlakınızı yüzdə 10-15 nisbətində azalda bilərsiniz.
* Soyuducunun istiliyini +5 dərəcədə, dərin dondurucunun istiliyini isə -18 dərəcədə tutmaq lazımlıdır, çünki daha aşağı istilik enerji israfına yol açır.
* Yeməklərinizi şkafa qoymadan əvvəl otaq istiliyində soyudun.
* Soyuducunun qapılarının hava keçirməməsinə diqqət yetirin. Bunun üçün ağ təmiz bir kağızı, qapı ilə şkaf kabineti arasına qoyun və bağlayın. Əgər kağız çox asanlıqla çəkiləbilirsə, soyuducunuz və ya dərin dondurucunuz hava alır deməkdir.
* Dərin dondurucuda buz qalınlığının 7 millimetrdən çox olmasına icazə verməyin .
* Soyuduzunuzu ildə iki dəfə təmizləyin. Təmizləmədiyiniz zaman, yüzdə 25 daha çox enerji istehlak edərək uyğun temperaturu əldə edə bilərsiniz.
* Soyuducunu evinizin ən isti yerinə qoysanız ümumi enerji istehlakı yüzdə 25 artır.
* Dərin dondurucuda alacağınız bir kasa buz parçasını şkafınızın ortasına qoyun. Beləcə 3-4 gün müddət ilə yüzdə 5 daha az enerji sərf edərsiniz.
* Buzluqdan çıxardığınız yeməyi şkafda əridin, bu vəziyyət şkafınızın daha az enerji xərcləməsini təmin edər.
* Soyuducuları çox doldurmayın , şkafa isti yemək-içki qoymayın.
* Maye yeməkləri qabın ağız qisimində 1.5 sm boşluq qalacaq şəkildə yığın.
Ütü
* Ütü etmədən əvvəl paltarlarınızın düzgün şəkildə asmaq, paltarlarınızın ütüləyərkən daha az elektrik istifadəsini təmin edər.
* Ütü alarkən quruducu gücü aşağı, buxar tutumu yüksək olanları seçmək daha az enerji istehlak etmənizi təmin edəcək.
* Paltarları nəmli olaraq ütüləyin , buxar və termostatlı ütülərin istifadə edilməsi enerji qənaəti baxımından əhəmiyyətlidir.
* Ütüləmə işinin bitməsinə yaxın ütünü cəryandan ayırın və son parçanı ütünün içində qalan istiliklə bitirin.
* Ütüləmə işini, ütünü yenidən qızdırmaq lazım olmayacaq şəkildə etməyi planlaşdırın.
Tozsoran
* Tozsoranın torbasını tez-tez boşaldın . Bu əməliyyat, onun sorma gücünü yüksəldərək daha məhsuldar və daha tez təmizləməni təmin edir.
* Ayrıca ildə ən az bir dəfə mühərrik hissəsi açılıb, buradakı toz və filtrlərin təmizlənməsi lazımdır.
* Sağlam ev təmizliyi üçün, təmizlik robotu istifadə etmənizi tövsiyə edirik.
Kondisionerlər
* Ehtiyacınızdan çox böyük bir kondisioner enerji itkisinə səbəb olur. Evin günəş alan hissələrinin ağaclarla kölgələnməsi, şüşələr, pəncərə və divar, passiv soyutma üsullarının tətbiq olunması da kondisionerin soyutma yükünü azaldır, bu səbəbdən daha az enerji itkisinə səbəb olur.
Saç qurutma feni
* Saçlarınızı dəsmal ilə yaxşıca quruladıqdan sonra saç qurutma feni istifadə edin. Beləcə daha az enerji sərf edərsiniz. Unutmayın, saç qurutma feninin 10 dəqiqə çalışması 60 wattlıq bir lampanın 3 saat yanmasına bərabər ekvivalent elektrik istehlak edər.