sarimsaqli kartof

“İftar menyusu” – 11-ci gün

Baxış sayı: 846

“Gencaile.az”  saytının  “İftar menyusu” rubrikasında bu gün sizə sarımsaqlı kartof  hazırlamaqdan bəhs edəcəyik.

 

İnqrediyentlər:

Kartof

Sarımsaq

Kərə yağı

Xama

Pendir

Duz, istiot

 

Hazırlanması:

Kartofu qabıqlı qaynadın. Sarımsaqlı yağı hazırlamaq üçün 100 qram yumşaq kərə yağına 5 xörək qaşığı əzilmiş və ya sürtgəcdən keçirilmiş pendir, 1 xörək qaşığı xama, 3-4 diş sarımsaq əlavə edin. Duz, istiot əlavə edib qarışdırın.

Kartofu yarıya bölün, üzərinə bu kütləni yağ kimi yaxın.

Əvvəlcədən isidilmiş sobada 200 dərəcədə 15-20 dəqiqə bişirin.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir