Türkiyənin Bursa şəhərində yaşayan İskəndər kişi quzu ətini özünün düzəltdiyi ocaqda, dik çubuğa qat-qat düzərək hazırlayırdı. Zaman ötdükcə İskəndər kişinin pide, qatıq və kərə yağı ilə birləşdirdiyi bu dad “İskəndərin Dönər Kababı” adı altında ilk olaraq Bursaya sonra Türkiyəyə və dünyaya yayılır.
Döner Kababı dünyanın müxtəlif yerlərində dəyişkliklərə məruz qalıb, müxtəlif formada təqdim olunur.
Tərkibi:
– 1 paket hazır dönər;
– 1 stəkan yoğurt;
– 5 ədəd pomidor;
– 1,5 yemək qaşığı tomat;
– 1 ədəd qırmızı soğan;
– 3 qaşıq kərə yağı;
– 4-5 ədəd pidə.
Hazırlanması:
Pidələri kvadrat şəklində doğrayın. Tavaya 1,5 qaşığı kərə yağı töküb qızdırın, pidələri əlavə edib, rəngi azca dəyişənə qədər o üz-bu üzə çevirin. Məcməyiyə pidələri yerləşdirdikdən sonra qalan yağı da tavaya töküb əridin. Hazır dönəri tavada bir az çevirdikdən sonra üzərinə sürtgəcdən keçirilmiş pomidoru və tomatı əlavə edin. Qaynamağa başladıqdan sonra ocaqdan götürün. Souslu dönəri pidələrin, yoğurtu da dönərin üzərinə yayıb, göyərtilərlə birlikdə süfrəyə verin.