efsane rusttemova

“Çarəsizlik anlayışı” – “NATAMAM”

Baxış sayı: 1. 289

“Mən səni anlayıram” cümləsinin “Başqa çarəm yoxdur. Şərtləri dəyişə bilmədiyim üçün səni anlayırmış kimi görünmək məcburiyyətindəyəm.” anlamına gəldiyini kəşf etdiyim yaşdayam indi. Çarəsizliyi qəbullanıb gülümsəmək üçün səbəb axtarmaq, tamamilə itirməmək üçün yanaşmanı dəyişmək  mərhələsidir həyatımın. Bütün digər 35 yaşlı insanlar kimi qalmaqla- getməyin arasında bir də öz doğrularını-ədaləti-dəyərlərini qorumaq məcburiyyəti! Bundan daha çoxu?! Gəlin, danışım…

Belə başlamışdı söhbətinə işdən sonra psixoloqa gəlib içini tökmək istəyən qadın. Səhər etdiyi yüngül makiajdan əsər qalmamışdı üzündə. Qırışları bəlirginləşmiş, yorğun gülümsəməli, saç dibi doyasının vaxtından xeyli keçmiş…

Bir uşağım var, oğlan. Qızım olmasa, qocalanda mənə baxan olmayacaq fikrini o qədər aşılayıblar ki mənə oğluma baxanda hiss etdiyim duyğu bir nankor üçün zaman xərcləyirəm-dir.   Guya bu günə qədər hansı övlad öz valideyni üçün həyatından keçib ki?! Hamısı öz həyatın yaşayır. Elə mən də. O qədər əziyyət, müharibə dönəminə düşmüş əziyyətli uşaqlıq və s. baxmayaraq mənim ailəmə baxana hiss etdiyim əsas duyğu minnətdarlıqdan daha çox “daha yaxşı ola bilərdi”  duyğusudur. Əminəm ki, kənardan baxanda qəribə görünürəm, düzü, bu əvvəllər məni olduqca narahat edirdi. İndi isə düşünürəm ki “hamının canı cəhənnəmə”… Çünki o nə deyər, bu necə düşünər deyə həyatı yarılamışam və əlimdə olan şey atasız bir uşaq və neqativ təcrübələr! Bundan sonra həyat MƏN İSTƏYƏN KİMİ davam etməlidir, hətta qaydalar pozulsa belə…

Doğrudur, o elə hikkə ilə danışırdı ki, sanki bu dəqiqə ayağa qalxıb bir nəfəsə bütün “günahları edəcək”. Lakin daha öncəki illərdəki görüşlərimizdən bilirdim ki, o sadəcə bunları deyərək beynini rahatlaşdırmaq istəyir. Əlini gücləndirmək, lazım olsa, bunları da edə biləcəyini bir daha özünə xatırlatmaq istəyir. Əslində ən gücsüz zamanlarında bu cür “bağırmaq” ehtiyacı hiss edir. Başqa cür baş edə bilmir həyatla, keçmişi ilə. Bizim kimi cəmiyyətlərdə bu cür keçid dönəmləri ağrılı olur. Əminəm ki, 40 yaşında bugünkü əndişələrinə baxıb güləcək. Onda həqiqətən alnayacaq ki, hər kəs özünə görə yaşayır. İndiki halda isə bu dönəmdən daha az zədə alsın deyə daha çox sevgi görməlidir, təmənnasız və çıxarsız. 35 yaşında boşanmış bir qadın üçün çox şey istədiyimin fərqindəyəm, lakin bunu minimala da endirə bilərəm. Ən azından “barmaq eləməsinlər”. Buraxsınlar özü öz yaraları ilə əlləşsin.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir