Nermine Abbasova

Qulağınız tutulubsa, bunları edin – HƏKİM YAZIR

Baxış sayı: 554

Soyuqdəymə, dənizdə qulağa suyun qaçması və bir çox səbəbdən qulaqda iltihab yarana və onun tutulmasına səbəb ola bilər. Belə hallar çox vaxt şiddətli ağrılarla müşahidə olunur.

Problemi həll etmək üçün ilk olaraq həkimə müraciət etməyiniz tövsiyə olunur. Həmçinin bəzi üsullardan istifadə edərək də qulaqların sağalmasına yardımçı ola biilərsiniz.

 

zeytun yagi

Zeytun yağı

1 çay qaşığı zeytun yağını bir neçə saniyə isitdikdən sonra qulaq çubuğu ilə tutulmuş qulağa çəkin. Bu zaman yağın içəriyə doğru axa bilməsi üçün əks tərəfə doğru uzanın və 5 dəqiqə gözləyin. Zeytun yağı qulaqda tıxanmaya səbəb olan faktorları təmizləyərək qurudacaq.

 

sarimsaqli zeytun yagi

Sarımsaqlı zeytun yağı

1 doğranmış sarımsağın üzərinə 1 qaşıq zeytun yağı əlavə edib isidin. İstifadə edərkən temperaturuna diqqət edin. Qulaq çubuğu ilə tutulmuş qulağa çəkin. Bu, iltihab səbəbindən yaranan problemlər üçün təsirlidir.

 

alma sirkesi

Alma sirkəsi

Tozun səbəb olduğu qulaq infeksiyaları və ya tutlmaları üçün alma sirkəsi müalicəvidir. Damcı şəklində çox olmamaq şərti ilə qulağa tökün. Bunu çöp vasitəsi ilə də edə bilərsiniz.

 

cay agaci yagi

 

Çay ağacı yağı

İltihab səbəbindən tutulma zamanı 1 stəkan qaynar suya bir neçə damcı çay ağacı yağı əlavə edərək qarışdırın. Bu zaman qulağınızı çıxan buxara yaxın tutun.

sogan suyu

Soğan suyu

Soğan antibiotik təsiri ilə bu problemdən qurtulmaqda da sizə yardımçı olacaqdır. Soğanın suyunu sıxın, qulağınıza eyni qayda ilə damcıladın.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi 

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir