oturaq is

Uzun müddət oturmaq beyinə zərərlidir

Baxış sayı: 553

Bu gün texnologiyanın sürətli inkişafı insanların həyat tərzində əhəmiyyətli dəyişikliklərə səbəb olub. Xüsusilə ofis işçiləri və uzun müddət kompüter qarşısında qalan şəxslər günün çox hissəsini oturaraq keçirirlər. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş orqanizmə ciddi ziyan vurur.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, uzun müddət oturmaq zehni sağlamlığa təsir edir: Yalnız fiziki sağlamlığa deyil, həm də psixi sağlamlığa mənfi təsir göstərə bilər.

Nermine Abbasova

Həkim onu da bildirir ki, uzun müddət oturmaq həmçinin stress səviyyələrini artıra, diqqəti çətinləşdirə və ümumi psixi sağlamlığa mənfi təsir göstərə bilər.

Nərminə Abbasova qeyd edir ki, müntəzəm fasilələr və qısa gəzintilər zehni təravət təmin edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir