Bu gün dünyada əhalinin təxminən 30%-i xroniki stress vəziyyətində yaşayır. Bu, qastrit və xoralara, hipertoniyaya və bronxial astmaya səbəb ola bilər. Stresdən qurtulmağa nə kömək edir? “Rossiya” kanalında yayımlanan “Ən vacibi haqqında” tok-şousunda rusiyalı həkim dietoloq Elvira Fesenko bu suala cavab verib.
İdman
Stress hormonu kortizolun istehsalını azaldır və xoşbəxtlik hormonları olan endorfinlərin istehsalını stimullaşdırır.
Təbəssüm
5 dəqiqəlik sağlam gülüş 30-40 dəqiqəlik istirahəti əvəz edir, nevroplastikliyi və hətta həzm proseslərini yaxşılaşdırır.
Ətraf mühitin dəyişikliyi
Bədxərclik etmək lazım deyil. Sadəcə adi şəkli dəyişdirin: mebeli yenidən düzəldin, daxili əşyaların yerini dəyişin, xırda detalları yeniləyin.
Qidalanma
Stress qidalanmadan da bilavasitə asılıdır. B qrupunun vitaminləri stresi azaldır. Banan, taxıl çörəyi, dənli bitkilər, mal əti qaraciyəri və skumbriya balığı bu vitaminlərlə zəngindir.
Nubar Süleymanova