tort

Kəsmikli peçenye necə hazırlanır? - "ŞİRİN SÜFRƏ"

Baxış sayı: 531

“Gencaile.az” saytının “my_sweet_house_1“ adlı instagram səhifəsi vasitəsilə oxucularına təqdim etdiyi “Şirin süfrə” rubrikasında bu dəfə sizə kəsmikli peçenyenin hazırlanma qaydasını təqdim edirik:

 

Ərzaqlar:

3 ədəd yumurta

1 stəkan şəkər tozu

200 qram kəsmik

200 qram yağ

1 paçka, vanilin, 1 paçka qabartma tozu

Un yumşaq xəmir olana qədər

kesmkli pecenye

Hazırlanması:

Yumurta və şəkər tozunu mikserlə qarışdırın. Üzərinə kəsmiyi və otaq temperaturunda yumşaldılmış yağı əlavə edin, yenidən qarışdırın. Sonda un, qabartma tozu və vanilini töküb yumşaq, ələ yapışan xəmir edin. Xəmirdən balaca formada götürün əlinizdə yastıladıb, üstünü şəkər tozuna batırıb soba tavasına düzün. Əvvəlcədən isitilmiş sobada bişirin. Çalışın üzəri çox qızarmasın.

 

Damaq dadınıza uyğun tort və şirniyyatların sifarişi üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz:

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir