Bu yemək həm çox dadlı, həm də tez hazırlanan reseptlərdəndir. Xüsusilə kremli sousu sayəsində yumşaq və doyumlu olur.
Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu resepti təqdim edirik:
Lazım olan ərzaqlar
300 q makaron (spagetti və ya penne)
250 q toyuq filesi
1 stəkan qaymaq (200 ml)
2 diş sarımsaq
2 xörək qaşığı kərə yağı
2 xörək qaşığı duru yağ
Duz, qara istiot
50 q rəndələnmiş pendir (parmezan olsa daha yaxşı)
İstəyə görə: göyərti (cəfəri)
Hazırlanma qaydası:
Böyük qazanda su qaynat, duz əlavə edin və makaronu paketdə göstərilən vaxta uyğun bişirin. Bişdikdən sonra suyunu süz və bir az kənara qoyun.

Toyuğu bişirin:
Toyuq filesini kub şəklində doğrayın. Tavaya duru yağ əlavə edin və toyuqları orta odda qızardın. Üzəri yüngül qızarana qədər bişirin.
Sarımsağı əlavə edin:
Sarımsaqları xırda doğra və toyuğun üzərinə əlavə edin. 1-2 dəqiqə qarışdıraraq bişirin ki, ətri çıxsın.
Kremli sous
Tavaya kərə yağı əlavə edin, əridikdən sonra qaymağı əlavə edin. Qarışdıraraq 3-5 dəqiqə bişirin. Sous bir az qalınlaşmalıdır.
Ədviyyat əlavə edin:
Duz və qara istiot əlavə edin. İstəsən bir az muskat və ya qırmızı bibər də qata bilərsiniz.
Makaronu əlavə edin:
Hazır makaronu sousun içinə əlavə edin və yaxşıca qarışdırın. 2-3 dəqiqə birlikdə bişirin ki, dadlar qarışsın.
Son toxunuş:
Üzərinə rəndələnmiş pendir əlavə edin və qarışdırın. Servis zamanı üzərinə göyərti səpin.










































































































































































