urek

Depressiya ürək xəstəlikləri riskini artırır

Baxış sayı: 524

Alimlər depressiya ilə ürək-damar xəstəlikləri arasında güclü əlaqə aşkar ediblər.

Amsterdam Tibb Mərkəzinin apardığı araşdırmaya görə, depressiya və ürək xəstəlikləri ortaq genetik səbəblərə malik ola bilər.

Mütəxəssislər müəyyən ediblər ki, depressiya ürək-damar xəstəliklərinin inkişaf riskini artırır. Lakin ürək xəstəliklərinin psixi pozuntulara səbəb olduğunu təsdiqləyən kifayət qədər sübut tapılmayıb.

Araşdırmaya əsasən, xroniki depressiya stress hormonlarının səviyyəsini yüksəldərək arterial təzyiqin artmasına və ürək döyüntülərinin sürətlənməsinə səbəb olur. Depressiyanın müalicəsi isə çox vaxt ürək-damar sisteminin vəziyyətinə də müsbət təsir göstərir.

Alimlər bildiriblər ki, hər iki xəstəliyin yaranmasında xroniki stress, əlverişsiz həyat şəraiti və aşağı sosial-iqtisadi status da mühüm rol oynayır.

Qeyd edək ki, tədqiqat nəticələri “Nature Cardiovascular Research” jurnalında dərc olunub.

 

Roza




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir