Almara-Melikova-1-683x1024

Fal, cadu və düşüncə tələləri - "PRİMera"

Baxış sayı: 1. 333

Fal, cadu, mənfi enerji, göz dəyməsi və digər mistik inanclar əsrlərdir insanların diqqətini cəlb edən mövzulardandır. Elm və texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə belə, həyatında çətinliklərlə qarşılaşan insanların bir qismi baş verən hadisələrin səbəbini məhz fövqəltəbii qüvvələrdə axtarmağa çalışır. Maraqlıdır ki, bu cür inanclar yalnız müəyyən təbəqəyə aid deyil. Ali təhsilli, uğurlu və analitik düşünən insanlar arasında da falçılara müraciət edənlərə rast gəlinir.

Bəs insan niyə məhz belə inanclara meyl göstərir? Psixologiya bu suala mistik deyil, elmi cavab verir. Müasir tədqiqatlar göstərir ki, fal və caduya inanmaq əksər hallarda insan beyninin qeyri-müəyyənliyi qəbul etməkdə çətinlik çəkməsi, düşüncə qərəzləri və emosional vəziyyəti ilə bağlıdır. Bu mexanizmləri anlamaq, həm öz davranışlarımızı daha yaxşı dərk etməyə, həm də manipulyasiyalara qarşı daha davamlı olmağa kömək edir.

 

Qeyri-müəyyənlik və beynin izah axtarma ehtiyacı

Psixologiyada bu vəziyyət qeyri-müəyyənliyə dözümsüzlük (Intolerance of Uncertainty) anlayışı ilə izah olunur. Aparılan tədqiqatlar göstərir ki, insan beyni cavabsız qalan sualları sevmir. Naməlumluq və qeyri-müəyyənlik artdıqca beyində təhlükə siqnallarının emalına cavabdeh olan amigdalanın aktivliyi yüksəlir. Bunun nəticəsində insan narahatlıq hiss edir və bu narahatlığı azaltmaq üçün məntiqi olub-olmamasından asılı olmayaraq hər hansı izahı qəbul etməyə meyllənir. Falçıların təqdim etdiyi “sizə cadu edilib” kimi sadə izahlar məhz bu psixoloji ehtiyacı müvəqqəti şəkildə təmin edir.

 

İllüziya nəzarəti (Illusion of Control)

Fal və caduya inanmağın arxasında duran digər mühüm psixoloji mexanizmlərdən biri İllüziya nəzarəti (Illusion of Control) anlayışıdır.

Amerikalı psixoloq Ellen Langer göstərmişdir ki, insanlar təsadüfi hadisələr üzərində belə nəzarətə malik olduqlarını düşünməyə meyllidirlər. Məhz buna görə bəzi insanlar müəyyən ayinlərin, duaların və ya falçı tövsiyələrinin həyatdakı hadisələri dəyişdirəcəyinə inanırlar. Halbuki həmin dəyişikliklər çox vaxt ya təsadüfi olur, ya da insanın öz davranışındakı real dəyişikliklərin nəticəsidir.

 

 

Təsdiqləmə qərəzi (Confirmation Bias)

Fal və caduya inamın davam etməsində təsdiqləmə qərəzi (Confirmation Bias) də mühüm rol oynayır. İnsan öz inancını təsdiqləyən hadisələri daha yaxşı xatırlayır, ona zidd olan faktları isə çox vaxt görməzdən gəlir. Məsələn, falçının dediyi on fikirdən yalnız biri təsadüfən doğru çıxdıqda, insan məhz həmin məqamı yadda saxlayır və falçının qeyri-adi qabiliyyətə malik olduğuna inanmağa başlayır. Yanlış çıxan proqnozlar isə əksər hallarda unudulur.

cadu

Özünü doğruldan proqnoz (Self-fulfilling Prophecy)

Digər mühüm psixoloji mexanizm isə özünü doğruldan proqnoz (Self-fulfilling Prophecy) adlanır. Əgər insana dəfələrlə “işlərin heç vaxt düzəlməyəcək”, “bəxtin bağlanıb”, “üzərində mənfi enerji var” deyilsə, o, zamanla bu fikirlərə inanmağa başlayır. Bu inam motivasiyanı azaldır, davranışları dəyişdirir və nəticədə həqiqətən də uğursuzluqlar arta bilər. Belə olduqda insan bunu cadunun təsiri kimi qəbul edir. Halbuki əsas səbəb mənfi gözləntilərin insanın düşüncə və davranışlarına göstərdiyi təsirdir.

 

Sağlam düşüncə xurafatdan daha güclüdür

Psixoloq kimi uzun illərin təcrübəsində dəfələrlə şahidi olmuşam ki, “mənə cadu edilib” düşüncəsi ilə müraciət edən insanların əksəriyyətində problemin kökündə həll olunmamış psixoloji travmalar, uzunmüddətli stress, depressiya, təşviş pozuntusu, özünəinamın zəifləməsi və ya ailədaxili konfliktlər dayanır. Problemin əsl səbəbi müəyyən edilərək elmi metodlarla üzərində işlənildikdə, insanların böyük əksəriyyəti əvvəllər mistik qüvvələrə bağladıqları hadisələrin əslində psixoloji və sosial səbəblərdən qaynaqlandığını anlayırlar.

Sağlam cəmiyyət formalaşdırmağın yolu insanlarda qorxu yaratmaq və xurafatı gücləndirmək deyil. Bunun yolu psixoloji maarifləndirməni artırmaq, tənqidi düşünmə bacarığını inkişaf etdirmək və insanların qarşılaşdıqları problemlərə elmi yanaşma ilə həll yolu axtarmalarını təşviq etməkdir. İnsan psixikasını nə qədər yaxşı anlayarsa, qorxu və manipulyasiyaya əsaslanan yanlış inancların təsirindən də bir o qədər uzaq olar.

 

Psixoloq M. Almara Ağaqızı

PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru

 

(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)




10 şərh “Fal, cadu və düşüncə tələləri – “PRİMera”

  1. Xuraman Nağıyeva

    Bazen insanlar caduya inanmaqla ozlerini daha cox qorxuya salirlər. Bu da problemi daha da cetinlesdirir.

    Cavabla
  2. Ülkər Hidayətova

    Bazen insan basina gelen her seyi cadu ile elaqelendirir, amma problemin esl sebebi tamam basqa olur.

    Cavabla
  3. Jalə Məmmədova

    Men de dusunurem ki, qeyri-mueyyenlik insanlari falcilara daha cox yoneldir. Cavab tapmayanda en asan izaha inanmaq isteyirik.

    Cavabla
  4. Qətibə Aslanova

    Cox maraqli izah olunub. Xususen falcinin dediyi sozlerden sadece duz cixani yadda saxlamaq hissesi diqqetimi cekdi.

    Cavabla
  5. Ofelya Səlimova

    Dogrudan da, falci bir nece soz deyir, biri duz cixir, insan da hemen onu dusunur. Sehv dedikleri ise yaddan cixir.

    Cavabla
  6. Samirə Bayramova

    Bu movzu cemiyyetimiz ucun cox aktualdir. Bir cox insan her ugursuzlugu goz deyme ve ya cadu ile baglayir.

    Cavabla
  7. Vəfa Sadıqova

    Insana davamli menfi soz deyende onun davranisi da deyisir. Sonra da bunu cadu kimi qebul edir. Bu hissesi cox duzdur.

    Cavabla
  8. Rəna İsabalayeva

    Bezi falcilar insanin qorxusundan istifade edir. Ona gore de insanlar daha cox maariflenmelidir.

    Cavabla
  9. Sema Quliyeva

    Men de etrafimda her seyi goz deyme ile baglayan insanlari gorurem. Halbuki bezen sebeb stress, qorxu ve ya aile problemi olur.

    Cavabla
  10. Aygün Ağayeva

    Şərhlərə baxdım hamisi xanımlardır. Elə bil qəti kişilər falçıya getmir ki )))

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir