Maile Ezizli

Xurafatçı fikirlər, frekans sayıların təsiriinsanda necə yaranır?

Baxış sayı: 218

İnsanlarda çox qəribə davranışlar və inanclar var: uğursuz və uğurlu rəqəmlər, qara pişik, ayın 13-ü, güzgünün sınması, nalın uğur gətirməsi və s.

Bəs bu cür inanclar, davranışlar necə yaranır? Psixologiya elmində biheviorist tədqiqatçılardan olan Skinner adlı alim bunu öz təcrübələrində təsadüfi davranışla mükafat arasındakı əlaqəyə görə izah etmişdir. Bunu daha yaxşı anlamaq üçün Skinnerin “Göyərçin” eksperimenti ilə tanış olaq: O, göyərçin üçün bir qutu düzəldir, qutuya müxtəlif düymələr, funksiyalar birləşdirir.

22

Təcrübəyə əsasən, göyərçin qutuda heç bir xüsusi hərəkət etməməliydi, heç bir düyməyə toxunmamalı idi, yem dənəciyi təcrübəçinin istədiyi vaxt qutuya düşməli idi.

23

Göyərçin istədiyi kimi qutunun içində gəzir, fırlanır, yuxarı, aşağı, sağa-sola baxır. Qutuya yem müəyyən müddət sonra düşür. Bu davranış göyərçin fırlandığı zaman baş verdiyi üçün belə bir yanlış əlaqə qurur və fırlanma hərəkətini təkrarlamağa başlayır. Bu da rituala çevrilir.

Skinner düşünürdü ki, insanlarda da xurafatçı davranışlar buna bənzər şəkildə formalaşa bilər. Yəni, insan təsadüfi hadisələr arasında əlaqə görür, sonra həmin davranışı təkrar edir, əgər yenə istədiyi nəticə baş verirsə buna inam daha da güclənir. İnsanlar arasında olan rituallar var ki, 777, 8888, 555, fallar, sadhu terapiya və s. beynin davranışla mükafat arasındakı əlaqəyə görə yaranır. Bu mövzunu biheviorizm belə izah edir: Xurafat mistik və sehrli hadisə yox, öyrənilmiş davranışdır.

Təsadüfi uyğunluq var, möhkənlənmə var, təkrarlanma var, yanlış əlaqə var.

Sadə səslənir, lakin gündəlik həyatda güclü işləyir. İnsan beyni səbəb axtarmağa meyillidir, nəsə baş verəndə soruşur: “niyə oldu, mən nə etdim, hansı işarə var, hansı davranış nəticəyə təsir etdi?” Bəzən düzgün səbəb tapırıq, bəzən də olmuş səbəbi varmış kimi qəbul edirik, bu da xurafatçı davranışın başlanğıcı ola bilir. Xurafatçı fikirlərin çoxluğu və dərk edilməməsi obsessiv-kompulsiv kimi bir çox  psixoloji narahatlıqlara da gətirib çıxarır.

 

Mailə Əzizli

Klinik psixoloq

 

Bu yazı ölkənin yeganə ailə saytı olan “Gencaile.az” tərəfindən təşkil edilən psixoloqların sayca 3-cü məqalə müsabiqəsi çərçivəsində dərc olunur.

GENCAILE




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir