Xeyale Qehremanova

Azyaşlı uşaqların məkəb dövründə psixi inkişafının xüsusiyyətləri

Baxış sayı: 242

Kiçik məktəbli dövrü uşağın 5-6 yaşdan 9-10 yaşadək fiziki inkişafını əhatə edir. (I-IV siniflər). Uşağın anatomik-fizioloji inkişafı ona məqsədyönlü təlim-fəaliyyətinə başlamağa imkan verir.

Uşağın məktəbə daxil olması onun həyatında yeni bir mərhələnin başlanması deməkdir. Bu vaxtdan etibarən oyun fəaliyyəti onun həyatında mühüm yer tutsa da, aparıcı rolunu itirir. Təlim kiçik məktəblilərin əsas fəaliyyət növünə çevrilir.

Məktəbə hazırlıq kriteriyalarının aşkar edilməsində uşağın fiziki inkişaf göstəricilərinin müəyyən qədər köməyi vardır. Çünki məktəb təhsili və onunla əlaqədar yüklər uşaqdan davamlılıq və müəyyən fiziki normalar tələb edir.

Yaxşı yaddaş, iti ağıl, aydın təfəkkür uşağın fərdi xüsusiyyətləri ilə əlaqədardır. Təlim prosesi zamanı uşağın psixi inkişafı üçün lazımi şərait təmin edilir. Məktəb uşaq şəxsiyyətini əqli, hissi-iradi planda inkişaf etdirir, onda bilik, bacarıq, vərdiş və qabiliyyətlərin yeni keyfiyyətdə təşəkkülünə zəmin yaradır.

Kiçik məktəbli dövründə bəzi şagirdlər dərsdə şən, ciddi, bəziləri isə bədbin, inamsız görünür. Onlarda məsuliyyət hissini inkişaf etdirmək üçün müəllimin və valideynin tələbkarlığı mühüm şərtdir. Uşağa müəyyən bir iş tapşırıqda onun icrasına nail olmaq lazımdır.

Kiçik məktəblilərdə motivlər tez-tez dəyişdiyi üçün uzun müddətli iradi cəhd göstərə bilmirlər. Diqqətin yayınması onları çox asanlıqla iradi səydən çəkindirir.

96c76afe-74cf-452b-b797-cc3b4ba0a4ce

Bu yaş dövründə uşaqda müstəqilliyin ilkin təzahürləri özünü aydın şəkildə büruzə verir, lakin istənilən səviyyədə olmur. Böyüklərin köməyinə hələ də ehtiyac hiss edilir.

Çox vaxt böyüklər övladlarının fiziki cəhətdən möhkəm olmasına çalışır, lakin onun bir insan kimi necə olacağını unudur. İnsan dünyaya fərd kimi gəlir şəxsiyyət kimi formalaşır.

Uşağın hərtərəfli şəxsiyyət kimi formalaşmasında onun valideyn, müəllim məhəbbətinə, mərhəmətinə, diqqətinə və mənəvi qayğısına ehtiyacı daha böyükdür. Uşağı heç nəyindən asılı olmayaraq sevmək lazımdır. Zahiri görünüşünü, qabiliyyətini, gözəlliyini, əyibəcərliyini və qüsurlarını nəzərə almadan öz övladımızı şərtsiz və sözsüz sevməliyik.

Uşaq sizin dərin məhəbbətinizə şərtsiz və sözsüz əmin olmalıdır. O, hiss etməlidir ki, siz onu bir şəxsiyyət kimi başa düşür, sevir və qiymətləndirirsiniz, qayğısına qalırsınız. Dərin diqqət uşağa imkan verir ki, o özünü valideynlərinin gözündə dünyada ən əziz, ən vacib insan kimi görsün.

 

Psixoloq Xəyalə Qəhrəmanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir