22

Milyonçunun əcaib vəsiyyəti

Baxış sayı: 1. 786

Amerikalı milyonçu, daşınmaz əmlak maqnatı Moris Labozun vəsiyyəti indi ABŞ mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunur.

“Gencaile.az”  “New Yok Post”a istinadən bildirir ki, 77 yaşında vəfat etmiş milyonçunun vəsiyyətinə görə, onun 2 qızına 20 milyon dollar çatmalıdır. Amma onlar bunun üçün bəzi şərtləri yerinə yetirməlidirlər. 21 yaşlı Marlena və 17 yaşlı Viktoriya yalnız bu şərtlərə əməl edəndən sonra mirasa yiyələnə biləcəklər.

Moris Laboz ölümündən iki ay əvvəl arvadı Yevadan boşanıb. Yeva milyonçu Morisə ərə gedərkən nikah müqaviləsi imzalayıb və sənədə görə, maliyyə iddiaları ola bilməz. Ona görə də Moris Labozun varidatı xeyriyyə təşkilatlarına çatacaq. Sadəcə, 20 milyon dollar iki qızına veriləcək.

Qızlardan hər biri 10 milyon ala bilər, amma…

Böyük bacı Marlena yalnız ərə gedəndən sonra 500 min dollar alacaq. Onun əri mütləq nikah müqaviləsi imzalamalıdır. Marlena nüfuzlu universiteti bitirərsə, daha 750 min dollar alacaq.

Yerdə qalan pulları almaq üçünsə Marlena Laboz həmin vəsaitlə nə etməyə hazırlaşdığını 100 sözlük planda yazmalı və planı mərhum atanın yaratdığı trast fondunun vəkillərinə təqdim etməlidir. Vəkillər planı məntiqli saysalar, Marlena Laboza pul veriləcək.

Kiçik bacı Viktoriya da mirasa yiyələnmək istəyirsə, eyni şərtləri yerinə yetirməlidir.

Vəsiyyətnamədə bildirilir ki, Marlena və Viktoriya 2020-ci ilədək yaxşı maaşlı, nüfuzlu iş tapmalıdır. Belədə qızlar illik maaşlarının 3 misli qədər miras pulu alacaqlar.

Onların maaşları az olsa, miras ödənişləri də azalacaq.

Marlena və Viktoriya ərə gedəndən sonra iki uşaq doğmasalar, mirasa yiyələnə bilməyəcəklər. İki övlad doğularsa, bacıların hər birinə əlavə olaraq mirasın 3 faizi həcmində pul illik ödəniş qismində veriləcək.

Qızlar anaları Yevanın qayğısına yetərincə qalsalar, mirasın 3 faizi həcmində illik ödəniş alacaqlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir