avtomobil

Avtoqoroskop – sükan arxasında ən əsəbi bürc hansıdır?

Baxış sayı: 1. 761

Bir çox sürücülər üçün bu hal adi bir şeydir – macal düşən kimi aqresiyasını büruzə vermək. Hər bir insan aqresiyanı özünəməxsus formada, qıcıqlanma və nəhayət tərbiyə səviyyəsinə görə göstərir. Hər bir bürcün də özünəməxsus qıcıqlandırıcı faktorları vardır. Hər birinə nəzər yetirək.

Qoç (21.03-19.04)

Bu insanlar ən az dözümlülüyə malikdirlər. Qoçları yolda baş verən hər bir şey özündən çıxarır: yolda düşən kiçik bir daşdan tutmuş, digər qadın sürücünün dodaq boyasına kimi. Tez özlərindən çıxır və əsəblərini büruzə verir. Hesab olunur ki, onların aqresiyasının tayı yoxdur. Onlar isə öz növbələrində özlərini həmişə haqlı hesab edirlər. Onlarla mübahisə etmək lazımsızdır, buna cəhd belə etməyin.

Buğa (20.04-20.05)

Çox hallarda buğalar çox sakitdirlər və dayanıqlı psixikaya malikdirlər. Onları yolda çox az bir şeylər özündən çıxara bilər. Konkret hallar istisna olmaqla- yolu kəsmə, ötmə və digər sürücülərin ləng tərpənməsi.

Əkizlər (21.05-20.06)

Bu bürcün nümayəndələri üçün ən qiymətli olan avtomobildir. Onların avtomobillərinə kiminsə ziyan verə biləcəyi fikri belə onları özündən çıxara bilər. Onlar alınan ziyanlarının dəyərini geri almaq üçün hər şeyə hazırdırlar.

Xərçəng (21.06-22.07)

Nəzarət və qaydalar – bunlar xərçəngə aid deyil. Necə ki, xərçənglərə nə etməkləri barədə göstəriş verilir onlarda inanılmaz aqresiya oyanır. Onlar hesab edirlər ki, deyilənlərin hamısını bilirlər və onlara göstəriş vermək lazım deyil.

Şir (23.07-22.08)

Qaydaları pozan kimi şirin nəriltisini eşitmək olar. Onları ən çox özündən çıxaran digər sürücülərin yol hərəkəti qaydaları pozmasıdır. Onlar hücuma keçməsələr də qaydaları pozan sürücülərin ünvanına bir neçə “güllü söz” mütləq deyəcəklər.

Qızlar (23.08-22.09)

Qız bürcü altında doğulan tələbkar sürücülər sürət oyunlarını sevmirlər. Digər sürücülərin ötmə əməliyyatlarını həyata keçirməsi onları qıcıqlandırır.

Tərəzi (23.09-22.10)

Bu da yoldakı tıxacdan qıcıqlanan siyahıdakı ilk sürücü. Tıxaclar, yol qəzaları, işləməyən işıqforlar… bütün bunlar Tərəzilər üçün əsl cəhənnəmdir.

Əqrəblər (23.10-21.11)

Ən nadir hal olmasa da Əqrəbləri yolda bütün sürücülər qıcıqlandırır. Sizin pis və ya yaxşı olmanızın heç bir əhəmiyyəti yoxdur. Bu bürcün nümayəndələri üçün siz mütləq bacarıqsız sürücüsünüz.

Oxatan (22.11-21.12)

Bu bürcün nümayəndələri sürət xəstələri olduqları üçün onları digər sürücülərin səliqəliliyi və “tısbağa” sürəti ilə hərəkət etməsi qıcıqlandırır. Bu zaman onların içində hər şey qaynayır və onlar partlamaya hazırdırlar. Ən yaxşısı onları irəli buraxmaq və özünə problem yaratmamaqdır.

Oğlaq (22.12-19.01)

Bu bürcün nümayəndələri yolda səliqəli olmağa çalışırlar. Onları avtomobilin saxlanmasının baha başa gəlməsi qıcıqlandırır. Allah göstərməsin ki, onların avtomobilinə kimsə toxunsun və kiçik bir cızıq saxlasın- bu zaman onların mehribanlığı əfsanəyə çevrilir.

Dolça (20.01-18.02)

Bütövlükdə bu sürücülər ən təmkinli insanlar sayılır. Onları yalnız avtomobildə olan sərnişinlərin boş-boş danışığı özündən çıxara bilər. Onlar sakitliyə üstünlük verirlər və avtomobildə danışıqdansa musiqi dinləməyi sevirlər.

Balıqlar (19.02-20.03)

Bu bürcün nümayəndələrini yolda heç bir şey narahat etmir, ona görə ki, onlar öz xəyallarında olur və ora kimsəni buraxmamağa çalışırlar. Onları qıcıqlandıran yeganə şey, yolun reallığına vaxtından əvvəl qaytarılmağıdır




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir