Xeyale Quliyeva

Balıq yağı haqda bilinməyən gərçəklər

Baxış sayı: 923

İllərdir Omeqa 3 baxıımından zəngin olduğu qəbul edilən balığın ürəyə qoruyucu təsiri olduğu bilinir. Fəqət son zamanlar mübahisə edilən  başqa bir mövzu var ki, o da Omeqa 3 tərkibli qida əlavələri və dərmanlar eyni təsiri göstərirmi?

Bu istiqamətlərdə aparılan araşdırmaların birində ürək xəstələrinə əməliyyat öncəsindən başlayaraq davamlı şəkildə Omeqa 3 kapsulları verildi. Çalışmada araşdırmaçıların gözlədiyi bu dərmanları qəbul edən xəstələrin əməliyyat sırasında ürəkdöyünmə və ritmsiz qəlb atımının azalacağı yönündəydi.

Ancaq 1516 xəstəyə uyğulanan və sonrasında əldə edilən nəticələr göstərdi ki, bu dərmanları qəbul edən xəstələrdə  hər hansı bir dəyişiklik olmadı. Harvard Üniversitetindən Dr. Dariush Mozaffarian “Omeqa 3 tərkibli qida əlavələri klinik olaraq qısa zamanda  ürək ritmini normallaşdırmağa kömək  olmamışdır” açıqlaması etdi.

Eyni şəkildə dünyanın bir çox bölgələrindən uzmanların baxışları da yenə insanların bu tipli  dərmanlardansa təbii qidaları üstün tutması yönündədir. Ottavalı kardioloq Andreas Wielgosz balığın sağlıqlı olduğunu vurğulasa da, dərmanlar üçün eyni şeyi söyləyə bilmir.

baliq yagi

Aparılan digər araşdırmanın nəticələri də Omeqa 3 tərkibli qida elavələrinin düşünülənin əksinə yüksək ürək infarktı riskini azaltmadığı kimi  hafızəni də gücləndirmədiyi yönündədir.

Bu nöqtədə əsas  məsələ budur: 90-cı illərin sonuna doğru aparılan araşdırmalarda balıq yağı kapsullarının ani ürək infarktı sonrası ölümləri 45 % azaltdığı qeyd olunurdu. Bu çalışmalar bu dərmanların satışını da yüksək dərəcədə artırmışdı. Bu da sanılandan çox  daha böyük bir sektor yaratmaga zəmin yaratdı.Bu qida əlavəsinin sadəcə ABŞ-da 25 milyard dollarlıq bir bazarı var.

Qısası, bu həbləri necə qəbul etdiyiniz önəmli olduğu kimi, hər üzərində balıq yağı yazılan məhsula da güvənmək düzgün deyil. Ən doğrusu təbii balığın verilməsidir.

Ümid edirəm ki, məqaləm bəzilərində fikir dəyişikliyi edəcək.

 

Pediatr Xəyalə Quliyeva




5 şərh “Balıq yağı haqda bilinməyən gərçəklər

  1. Mətanət Museyibova

    insanlar arasında balıq yağı qəbul etmək bir növ dəb halını alıb. Bu səbəbdən də balıq yağı reklamları da televiziya ekranlarından əskik olmur. Hətta iş o yerə çatıb ki, artıq onu balıq dadı verməyən balıq yağı kimi təqdim edir və uşaqlara çox müsbət təsirinin olacağını israrla bildirirlər.

    Cavabla
  2. Aynisə Amalova

    Balıq yağının orqanizm üçün faydaları hansılardır? Satışda olan bütün balıq yağları eyni müsbət təsiri göstərirmi? Balıq yağının istifadə qaydası necə olmalıdır və daha çox kimlərə məsləhət görülür? Balıq yağı alarkən hansı xüsusiyyətlərə diqqət etmək lazımdır ki, gözlədiyimiz effekti ala bilək?

    Cavabla
  3. Yazgül A.

    Treska balığının qaraciyərindən alınmış balıq yağını seçmək düzgün deyil. Belə ki, qaraciyər özündə toksiki maddələr, müxtəlif qarışıqlar və ağır metal duzları saxlayır. Balıq ətindən alınmış balıq yağına üstünlük vermək lazımdır.

    Cavabla
  4. Afiq Hacıyev

    Rafinə olunmuş balıq yağı seçmək lazımdır. Bu o deməkdir ki, balıq yağı yüksək dərəcədə təmizlənmiş olmalıdır, onun tərkibində toksiki maddələr, müxtəlif qatışıqlar olmamalıdır, düzdür, onda vitaminlər və minerallar da olmayacaq, amma bu maddələr digər mənbələrdən də əldə etmək olar.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir