Aysu Eliyeva

Birinci sinif şagirdlərinin məktəbə psixoloji adaptasiyası

Baxış sayı: 857

Məktəbə başlamaq uşağın həyatında mühüm bir mərhələdir. Bu dövr yalnız təhsil prosesinin başlanğıcı deyil, həm də sosiallaşma, müstəqillik və yeni mühitə uyğunlaşma mərhələsidir. Xüsusilə birinci sinfə gedən uşaqlar üçün məktəb, həm yeni imkanlar, həm də müəyyən stress mənbəyi ola bilər. Psixologiyada bu mərhələ “adaptasiya dövrü” adlanır və uşağın emosional, sosial və idrak inkişafında mühüm rol oynayır.

Məktəbəqədər dövrdən məktəb həyatına keçid uşağın həyatında yeni səhifə açır. Yeni səhifə açılması ilə kifayətlənmir, uşağın aparıcı fəaliyyəti olan oyun təlimlə əvəzlənir. Məktəbəqədər dövrdə uşaq daha çox oyunla məşğul olur, qayğısı valideyn tərəfindən qarşılanır. Məktəbə başlayan uşaq isə ilk dəfə nizam-intizam, qaydalar və məsuliyyətlə qarşılaşır. Məsələn,vaxtında dərsə getmək,tapşırıqları yerinə yetirmək,müəllim göstərişlərinə əməl etmək,yeni dostluqlar qurmaq və s.

Bu dəyişikliklər uşaqda həyəcan, qorxu, ya da coşqu yarada bilər.

Birinci sinifə başlamaq şagirdlərdə bir sıra psixoloji çətinliklər yaradır. Aşağıdakıları nümunə göstərə bilərik ;

1) Ayrılma narahatlığı Uşaqlar məktəbə gedərkən valideyndən ayrılmaqda çətinlik çəkə bilərlər.

2) Qaydalara uyğunlaşma Oyun mühitindən ciddi dərs qaydalarına keçid çətin ola bilər.

3) Yeni mühit qorxusu Tanımadığı müəllim və uşaqlarla ünsiyyət qurmaq stres yarada bilər.

4) Özünüqiymətləndirmə Oxuma-yazma bacarıqları zəif olan uşaq özünü başqaları ilə müqayisə edib aşağı dəyərləndirə bilər.

Müsbət tərəfləri isə bunlardır;

-Uşaqda müstəqillik və məsuliyyət hissi formalaşır.

-Sosial bacarıqlar inkişaf edir: paylaşmaq, əməkdaşlıq, dostluq.

-İdrak sahəsində böyük sıçrayış baş verir – oxuma, yazma, hesablama bacarıqları inkişaf edir.

-Uşaq özünü daha “böyük” hiss edərək şəxsiyyət kimi formalaşmağa başlayır.

Valideynlər üçün tövsiyələr

– Emosional dəstək verin Məktəbə başlamanı təzyiq yox, sevinc kimi təqdim edin.

– Müstəqilliyi təşviq edin Çantanın hazırlanmasında, geyim seçməsində uşağın iştirakını təmin edin.

-Müəllimlə əməkdaşlıq edin Uşağın məktəb həyatına uyğunlaşmasını izləyin, müəllimlə əlaqədə olun.

– Müqayisə etməyin Uşağı başqaları ilə yox, özü ilə müqayisə edin: “dünənlə müqayisədə bu gün daha yaxşısan”.

– Oyun və dərsi balanslaşdırın Uşağın dərs yükü ilə yanaşı oyun ehtiyacını da təmin edin.

Məktəbə başlamaq uşağın həyatında yeni bir dövrün başlanğıcıdır. Bu prosesdə həm uşağın, həm valideynin, həm də müəllimin rolu böyükdür. Əsas odur ki, uşaq məktəbi yalnız öyrənmək yeri kimi deyil, həm də özünü kəşf etdiyi, dostluqlar qurduğu və inkişaf etdiyi bir mühit kimi görsün.

 

Psixoloq Aysu Əliyeva




7 şərh “Birinci sinif şagirdlərinin məktəbə psixoloji adaptasiyası

  1. Əntiqə F.

    Məktəbə başlamaq çox çətin ola bilər. Mənim oğlum da birinci sinifə getdi və ilk günlərdə çox çətinlik çəkdi. Onunla bəzən səhər evdən çıxarkən hönkürərək ağlayırdı, çünki valideyndən ayrılmaq ona çox çətin gəlirdi. Həm də yeni mühitdə, yeni uşaqlarla tanış olmaq çox stresli idi. Amma məqalədə yazıldığı kimi, onu sevindirmək və təşviq etmək çox kömək etdi. İndi artıq məktəbə getmək onun üçün bir həvəs halını alıb.

    Cavabla
  2. Vüsalə Vahabova

    Məktəbə başlamaq uşağım üçün çox böyük bir dəyişiklik oldu. O, həmişə evdə, öz rahat mühitində idi, amma məktəbə getməyə başlayanda yeni qaydalara uyğunlaşmaqda çox çətinlik çəkdi. Bu da bizim üçün stresli bir dövr idi. Amma məqalədə yazıldığı kimi, müstəqilliyin inkişafı və sosial bacarıqların artırılması müsbət tərəfləri çox vacibdir. Mən də uşağımın məktəbə uyğunlaşmasına kömək etməyə başladım və nəticədə hər şey yaxşı oldu.

    Cavabla
  3. Reyhan

    Mənim qızım əvvəlcə çox həyəcanlı idi, amma dərsə başlamaq ona çətin gəlirdi. Müəllimlə əlaqə saxlamaq, uşağımın məktəbdə necə olduğunu izləmək çox vacibdir. Mən də məqalədə göstərilən qaydalara uyğun olaraq qızımın məktəbə adaptasiya prosesini izləməyə çalışdım və ona dəstək oldum. Artıq daha rahatdır, amma bu prosesi keçməkdə ən çox kömək edən şey də emosional dəstək oldu.

    Cavabla
  4. Sədaqət Sultanova

    Məktəbə başlamaq uşağımın həyatında çox mühüm bir dönəmdi, amma çox narahat oldum. Həqiqətən də məktəbdəki qaydalara uyğunlaşmaq uşağım üçün çox çətin oldu. Ancaq məqalədə yazıldığı kimi, onu təzyiq altında deyil, sevinc və həvəs ilə məktəbə hazırlamaq çox vacibdir. Çünki məktəbə başlamaq uşaqlar üçün yeni bir dünyadır və onlara müsbət yanaşmaq hər şeyin düzgün getməsinə kömək edir.

    Cavabla
  5. Nüşabə Muxtarova

    Məktəbə başlamaq çox böyük bir addım idi və bu prosesi yaşamaq mənim üçün çox çətin oldu. Uşağımın ilk günlərində dərsə getməkdən qorxduğunu gördüm. Həmişə evdə rahat idi, amma məktəb ona çox yeni və qeyri-adi idi. Məqalədə doğru vurğulandı, təzyiqdən uzaq durmaq, uşağı sevindirərək məktəbə göndərmək çox vacibdir. Biz də bir müddət sonra məktəbə uyğunlaşdıq, amma ilk həftələr çox çətin oldu.

    Cavabla
  6. İntizar Rüstəmova

    Birinci sinifə başlamaq uşaq üçün həm gözəl, həm də çətin bir dövr idi. Mənim uşağım məktəbə getməyə başlayanda çox narahat idi, müəllim və yeni uşaqlarla tanış olmaq onu qorxudurdu. Amma məqalədə yazıldığı kimi, onunla çox danışdıq və bu prosesdə ona dəstək olduq. Düşünürəm ki, uşaqları məktəbə sevdirərək göndərmək lazımdır ki, onlar da məktəbi yaxşı tərəfdən görsünlər.

    Cavabla
  7. Elminaz Rafiq

    Hər şey çox doğru yazılıb. Məktəbə başlamaq həqiqətən uşağım üçün böyük bir addım idi. Mən də narahat idim, çünki uşağımın birinci sinifə başlaması və yeni mühitə uyğunlaşması çox çətin olacaq kimi görsənirdi. Amma doğru yanaşma ilə bu prosesin öhdəsindən gəldik. Məncə valideynlər üçün ən vacib tövsiyə, uşaqları başqaları ilə müqayisə etməmək və yalnız özləri ilə müqayisə etməkdir. Bu, özünə inamın artmasına səbəb olur.

    Cavabla

Elminaz Rafiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir