yer 3

Bu məkanlar insanı dəhşətə gətirir – FOTOLAR

Baxış sayı: 459

Səyahəti sevən adamlar getdikləri yer haqqında əvvəldən məlumat toplamağa çalışmalıdırlar. Bu yazıda dünyanın unikal məkanlarından bəhs edəcəyik.

 

Bu şəhərdə heç bir qanun işləmir

Bir zamanlar dünyada əhali sıxlığının ən çox olduğu yer kimi düşünülürdü. Çünki “Kovloon valled City” 50 min adam bir neçə blok içində sıxışıb qaldığı bir şəhərdir. 20-ci əsr boyunca Honq Konq yaxınlığında inkişaf edən “Kovloon Valled City” əslində köhnə bir Çin hərbi qalası idi.

Qala ətrafının ingilis rəhbərliyinə keçməsi və əhalinin artması ilə hər tərəfi divarlarla örtülü bir sahəyə çevrildi. Xüsusilə İkinci Dünya müharibəsindən sonra sürətlə əhalisi artan şəhərin divarları da zamanla dağıldı. Uzunluğu 210 metr, eni 160 metr olan böyük bir park qədər sahəni əhatə edən və kompleks bir quruluşu xatırladan bu bölgə 1987-ci ildə 33 minə çatan əhalisi ilə orta böyüklükdə bir şəhər halını aldı. Bölgənin əhali sıxlığı inanılmaz dərəcədə yüksəkdir. Belə ki, burada adam sayı 1 milyon 250 min nəfərə çatır. Zaman keçdikcə və əhali artdıqca şəhərdə qanunsuzluq hökm sürüb. Bu şəhərdə narkotik istifadəsi, əxlaqsızlıq, qumar adi hala çevrilib.

 

Əkizlər şəhəri

Heç bilirdinizmi ki, dünyada əkizlərin çoxu Hindistanın Kandidu-Qodoy şəhərində göz açır? Tarixçilərin fikrincə, bu hadisələr Yozef Mengelenin təcrübələrinin nəticəsində baş verməyə başlayıb. Mengele müharibədən qaçaraq 60-cı illərdə Kandidu-Qodoy kəndinə gəlib və orada yerli həkim kimi çalışmağa başlayıb. Bundan əlavə, o, sakinlərin qanını götürməklə bir sıra təcrübələr də aparmaqla məşğul olub.

 

Nə kanalizasiya, nə də içməli su var…

Kaliforniya səhrasında hərbi barakların atıldığı yerdə evsizlərin şəhəri yerləşir. Bu şəhərdə nə kanalizasiya, nə də içməli su var. Bu məkan demək olar ki, yalnız beton divarlardan ibarətdir. Xarabalığa bənzər bu şəhərdə yalnız 100 nəfər yaşayır. Qışda isə şəhər sakinlərinin sayı 3000-ə çatır. Maraqlıdır ki, burada heç bir qanun işləmir. Ona görə də şəhər sakinləri bu şəhəri Sleb-Sitini “Amerikanın sonuncu azad şəhəri” adlandırır.

 

Burada insanların və bəbir harmoniyada yaşayırlar

Hindistanın Racastan əyalətində kiçik Bera şəhəri dünyada insanların və bəbirlərin harmoniya içində yaşadığı yeganə məkan hesab olunur. Burada yırtıcılar insanların yaşadığı evlərin yaxınlığındakı təpələrdə sakitcə otura, hətta küçələrdə gəzə bilərlər. Hindistanda bəzi şəhərlər, qəsəbələr və kəndlər yırtıcı vəhşi təbiətə yaxın yerləşdiyindən, arabir toqquşmalar qaçılmaz olur. Bununla belə, bu kiçik şəhərdə hələ belə hadisə baş verməyib.

 

Kənddə göydələn?..

Çinin Tzyansu əyalətində yerləşən Xuasi kəndi özəlliyi ilə seçilən məkanlardan biridir. Bu kəndin özəlliyi ondan ibarətdir ki, kənddə dünyanın heç bir yerində olmayan göydələn ucaldılıb. Burada yerləşən 328 metr hündürlüyündə olan tikili dünyada 58-ci yerdə qərarlaşıb. Qeyd edək ki, Xuasi kəndi 1961-ci ildə kənd təsərrüfatı kommunası kimi salınsa da, bir neçə ildən sonra sənaye mərkəzinə çevrilib.

 

Dünyadan təcrid edilib

Hindistanın Himçal-Pradeş ştatında Malana adlı dağ kəndi yerləşir. Bu kənd illər boyu sanki dünyadan təcrid edilib. Qəribə səslənsə də, kənddə nə konstitusiya, nə qanunlar, nə də polis fəaliyyət göstərir. 1500-ə yaxın sakini olan kənd dünyanın ən qədim demokratik məkanlarından biri hesab olunur. Malananın qapıları ziyarətçilərə ilk dəfə 2009-cu ildə açılıb.

 

Buraya seksual canilər sığınıb

Florida qanunlarına görə, seksual canilər uşaqların olduğu əraziyə 300 metrdən artıq yaxınlaşa bilməzlər. Bu siyahıya məktəb, park və hətta avtobus dayanacaqları da daxildir. Məhz buna görə psixoloji problemləri olan və türmədən çıxan seksual canilər üçün sığınacaq tapmaq çox çətin olduğuna görə onlar üçün 2009-cu ildə xüsusi bir kənd tikilib. Florida ştatında yerləşən Mirekl-Villec adlı kəndin sakinlərinin hamısı seksual canilərdir.

 

Təqaüdçülər kəndi

Floridanın Te-Villicis kəndi “ təqaüdçülər kəndi” kimi tanınmaqdadır. Çünkü burada daha çox təqaüdçülər yaşayır. Qocalar evini xatırladan dünyanın ən böyük təqaüdçü kəndində nə az, nə çox yüz minə yaxın yaşlı insan yaşayır. Çox maraqlıdır ki, yaşı 19-dan yuxarı olan şəxslər bu kənddə yaşaya bilməzlər.

 

Niyə məhz yerin altında?

Avstraliyanın Kuber-Pedi regionu kəskin temperaturu ilə seçilir. Kuber-Pedidə havanın temperaturu 50 dərəcəyə qədər qalxır. İnsanların yer altında yaşamasına məcbur edən amillərdən biri də güclü küləkdir. Bu yer öz növündə yeganə yeraltı şəhərdirdir ki, burada hər şey – evlər, kilsə, mağazalar torpağın altındadır.

Kuber-Pedi, həmçinin Avstraliyada ən kiçik yaşayış məntəqəsidir. 2008-ci il məlumatlarına görə, həmin ildə əhalinin sayı 2000 insan təşkil edir. Kuber-Pedi yeraltı şəhəri, həmçinin opal paytaxtı hesab edilir. Belə ki, dünya üzrə opal ehtiyatlarının 30%-i məhz burada yerləşir. Burada ilk opal daşı 1849-cu ildə tapılmışdı.

Qeyd edək, ki şəhər əhalisinin böyük əksəriyyəti mədənçilərdir.

Hazırda isə insanlar həmin mədənlərdə deyil, bütün müasir şəraitin olduğu adi evlərdə yaşayırlar. Yeraltı şəhər çoxsaylı turist cəlb edir. Burada nəinki yaşayış evləri, həmçinin kilsə və qəbiristanlıq da var.

 

Samirə Tağıyeva

yer

peleng

yer 2

kuce

yer 3




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir