sogan

Bu şəxslərə soğan yemək olmaz

Baxış sayı: 631

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər.

Dietoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər.

N.Nefedova “Sputnik” radiosuna verdiyi müsahibədə qeyd edib ki, irritabl bağırsaq sindromu, qastrit və ya mədə yanğısı olanlar soğan yeyərkən xüsusilə diqqətli olmalıdır:

“Soğan özünəməxsus xüsusiyyətlərə malikdir, immun və ürək-damar sisteminə faydalı təsir göstərir. Tərkibində C vitamini, B vitaminləri, flavonoidlər, lif kimi vitamin və minerallar olduğu üçün antioksidant təsiri bədəndəki iltihablı prosesləri boğa bilir.

Mən soğanı müntəzəm olaraq istifadə etməyi məsləhət görürəm. Dad baxımından olduqca zəngindir, ədviyyat kimi istifadə edilə bilər, buna görə də soğan sayəsində duz qəbulunu azalda bilərsiniz. Tək problem qoxudur. Soğan qoxusu xüsusilə dəridə özünü göstərir. Çünki maddələr məsamələrdən xaric olunacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir