yuxu

Çox yatanlar, bu xəbər sizin üçündür

Baxış sayı: 1. 873

Alimlərin müxtəlif yaş qruplarından olan insanlar üzərində apardıqları araşdırmalardan sonra məlum olub ki, həddən artıq çox yuxu insan beyninə yuxusuzluq qədər neqativ təsir göstərir.

Uorvik universitetinin alimləri 50-64 yaş arası 9000 adam üzərində araşdırma aparıblar. Gün ərzində 8 saatdan az yatan adamlarda yaddaş və diqqət problemləri üzə çıxıb. Gün ərzində 8 saatdan çox yatan adamlarda da analoji problemlər ortaya çıxıb.

Araşdırmanın müəlliflərindən biri, professor Françesko Kappussio deyir ki, yalnız doğru miqdarda yuxu yaşlı adamlarda əqli geriləmənin qarşısını ala bilər: “Fiziki və əqli sağlamlıq üçün yuxu olduqca vacibdir”.

Optimal yuxu ahıl yaşlarındakı insaların beyinlərinin funksiyasını normada saxlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir