Ceyhune Huseynova

Disleksiya nədir?

Baxış sayı: 2. 385

Normal intellektə malik olan uşaqlardan fərqli olaraq, disleksiyalı uşaqlarda yaddaş zəif olur. Belə uşaqlarda yazı ardıcıllığın və danışıq qrammatikasının anlamada çaşqınlıq, beyin fuksiyasının pozulması ilə bağlı digər problemlər ortaya çıxır. Diklesiyalı uşaqlar anlama tələb edən hekayə və suallarda çətinlik çəkir, lakin bununla belə bir çox insanlar disleksiyanı səhv başa düşməyə davam edir və disleksiyalı uşaqlarla xüsusi ehtiyacı olan fərd kimi davranılır.

Buna görə də, bu məqalənin məqsədi disleksiyanın necə müəyənləşdirilməsi və bu cür uşaqlarla necə davranılmalı olduğunu öyrənməkdir.

Disleksiyanın yaranma səbəblərindən biri ananın hamiləlik dövründə keçirdiyi narahatlıqlar, stress və doğum zamanı uşaqda yaranan hər hansı travmalar buna səbəb ola bilər. Eyni zamanda genetik faktorları nəzərə almaq lazımdır. Disleksiyalı uşaqlarda:

1) Danışmaqda gecikmə

2) Yeni sözlərin gec öyrənilməsi

3) Hərəkət və koordinasiya pozğunluğu

4) Danışarkən düzgün sözlərdən istifadə etməmək

Disleksiyalı uşaqlar çox erkən yaşlarda özünü göstərə bilər. Amma məktəbə başlaması ilə bu hal özünü daha qabarıq şəkildə biruzə verir. Bu zaman uşaqlarda:

1) Oxuma çətinliyi

2) Eşitmədə çətinlik

3) Riyazi əməllərdə çətinlik

4) Analiz etmədə çətinlik

5) Danışmada çətinlik

və bu kimi problemlər ortaya çıxır.

Disleksiyalı uşaqlar özlərini məktəbdə 2 formada göstərir:

1) Hiperaktiv formada – Bu zaman uşaq yerli-yersiz danışır, dərsdə çox nadinclik edir.

2) Passiv formada – Bu zaman uşaq özünü çox sakit aparır, heç kimlə içi olmur yalnız, oxumaqda və öyrənməkdə çətinlik çəkir.

Övladında disleksiya əlaməti olan ailələr ilk öncə disleksiyanın nə olduğu barədə ətraflı şəkildə məlumatlı olmalıdırlar. Həkim pedaqoq və psixoloq vasitəsi ilə uşaq üzərində işlənməlidir. Dislektik uşaqların öyrənmə, qavramanın dəstəklənməsi, hafizə diqqət konsentrasiyasının və motorika bacarıqlarının artırılması lazımdır. Bunun üçün uşaqların kiçik yaşlarından etibarən, kiçik və böyük motorikanı inkişaf etdirici fəaliyyətlərlə məşğul olmalıdır. Velosiped və konki sürməli, üzgüçülük, basketbol, voleybol, futbol və stolüstü oyunları öyrənməli və daim beyini inkişaf etdirən fəaliyyətlərlə məşğul olmalıdırlar.

 

Ceyhunə Hüseynova




5 şərh “Disleksiya nədir?

  1. Könül

    Disleksiyalı uşaqların beyni bizim beynimizdən tamamilə fərqli çalışır. Odur ki, onlar daha yaradıcı olurlar. O qədər xəyalpərəst olurlar ki, danışdıqları zaman belə xəyallar aləminə gedə bilirlər. Beyinləri fərqli çalışdığı və özlərinə hər dəfə çıxış yolu axtardıqları üçün bizdən daha məhsuldar olurlar. Sadəcə disleksiyalı uşaqlara vaxtında müdaxilə edib, onlara kömək etmək lazımdır. Unutmayaq ki, onlar gələcəyin dahiləri də ola bilərlər….

    Cavabla
  2. Huseyn

    İndiki dovrde valideynler de bu tip meselelerde diqqetli olmali ve her seyi mutexxessisden gpzlememelidirler. Ovladınin saglamligini berpa etmek uucun hekimle beraber calismalıdırlar. Bu menada bele yazilar komek ola biler. Sag olun.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir