psixoloq efsane rustemova

“Dolmalar böyük bükülüb”- “NATAMAM”

Baxış sayı: 1. 372

Əgər dünən ölsəydim, bu gün doğum günüm olmazdı..

Əminəm ki, heç birimiz çıxdığımız yolda çox yorulacağımızı bilsəydik və nəticəni də öncədən proqnozlaşdırmaq mümkün olmasaydı, bu yolu getməyə heç kəs bizi məcbur edə bilməzdi. Lakin maraqlıdır ki, ömür yolu bu qəbildən olsa da hamımız gedirik-yaşayırıq.

Yorulanda fasilə götürüb balaca bir qutuya-otağa özünü kiltləməyi bacarmalıdır insan, buna fürsəti və imkanı olmalıdır. Nə həyatı onun günlük hərəkətliliyindən, nə də gəlirindən aslı olmayan insanlar olmalıdır çevrəsində. İzah istəməyən, çox şey danışmasına gərək belə qalmadan onu anlayan insanlarla əhatələnməlidir. Oysa təəssüf ki, belə deyil. Hamımız hər gün ətrafımızdakılara görə məcburən “evdən çıxır” və gülümsəyirik. Çiyinlərin daşıdığın yükün altında əzilsə də, mənəvi olaraq buna gücün qalmasa da, sən məcbur olub davam edirsən.

“Maşını bu vəziyyətdə sürmək olmaz!” deyə bir yanaşma var, maşında olan nasazlığa görə istifadə olunur. Hər şeyə bu qədər həssas yanaşıldığı halda “İnsanı bu vəziyyətdə istifadə etmək olmaz!”  deyə bir yanaşma şəkli mövcud deyil.

Yük heyvanı üçün “Heyvanı bu qədər yükləmək olmaz!” deyə bir ifadə var, amma insan üçün belə bir münasibət mövcud deyil. Yəni anlayacağınız bizlər şəfqətli, mərhəmətliyik deyə öyünərkən bunu özümüzə-insana qarşı etmirmişik. Həyata bu yönündən baxanda, həyatın bu üzün görəndən sonra, həqiqətən də, başqalaşır hər şey.

Sağ tərəfimin quruduğunu, qıc olduğumu hiss edirəm, lakin mən sağ tərəfimi də istifadə etməli olduğum bir iş yerində çalışıram. İnsanları qarşılayanda sol tərəfimlə gülümsəyirəm, onlar bunu “cool” olduğum üçün etdiyimi sanır. Və mən bu gün saçlarımı daramaq üçün qolumu qaldıra bilmədiyimdən saçımı səliqəsiz toplamışam, insanlar nə qədər “özümləbarışıq” olduğumu fikirləşirlər.

“Sizə durğunluq heç yaraşmır eee” deyirlər azca gülümsəməyi əskik edən kimi. Qayğına qalmaq yerinə, indi çox pisəm-deyib səni qayğıkeş olmağa məcbur edirsən. Və sən də üzə düşüb dəyişirsən ruh halını… Bütün duyğuların natamam, bütün hislərin qarmaşıq halda ÜZƏ DÜŞÜB davam edirsən  yaşamağa..

Bu qədər qarmaşanın üçündə bir də özünü dəyişmək çabası.. Hə, ən pisi də budur. Daima nə iləsə boğuşursan, alınmayan nələr isə… Alınmayacaq da! Daxilini səliqəyə salmadan zahirdə səliqə yaratmaq olmur. İçindəki rəngi cilalamadan çölünü boyamağın ancaq özünü aldatmaqdır. Və təəssüf ki, bir zaman sonra özünü belə aldada bilmirsən. Bir yol tamaq üçün elə hey özünlə danışırsan məkan fərqi olmadan. Məsələn, elə indi ailəvi bir masa ətrafındayıq, qaynanamın ərimə “dolmaları böyük büküb” şikayətini gülümsəyərək dinləyirəm. Anamın mənim ruhsal durumumu anlamadan ərə verməsindən sonra qaynanamdan məni anlamasını gözləmək axmaqlıq olar!

Belə…

Doğum günü olduğu üçün bugünkü seansa gələ bilməyən pasientimin mənə yazdığı daxili götür-qoyu idi bu. Bu xanımın özünəqəsd ehtimalı o masadakı hər kəs tərəfindən fərqinə varılıb qarşısı alınmalıykən, mən öz kabinetimdə bu mövzu ilə bağlı nə edə bilərəm-i düşünürəm…

 

Psixoloq Əfsanə Rüstənova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir