8-mart

Faciədən yaranan bayram

Baxış sayı: 1. 798

Beynəlxalq Qadınlar Günün qeyd edilməsi almaniyalı sosial-demokrat Klara Setkinin adı ilə bağlıdır. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində daha yaxşı iş şəraiti tələbi ilə tekstil fabrikində tətil edən 40 min toxucu fəhlənin üzərinə polisin hücum etməsi, fəhlələrin fabrikə doldurularaq qapının bağlanması və meydana gələn yanğında fəhlələrin fabrik qarşısında qurulmuş barrikadalardan qaça bilməməsi nəticəsində əksəriyyəti qadın olan 129 fəhlənin ölməsi hadisəsi ilə bağlı həmin günün Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif edib.

1977-ci ildə BMT Baş Məclisində 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul ediləndən sonra bütün dünyada həmin tarix Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməyə başlanıb.

Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur. Ölkədə bu gün qeyri-iş günü elan edilib. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Hər il bayram günü ərəfəsində Azərbaycan Prezidenti 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, qadınlarının bir qrupuna fəxri adlar və medalların verilməsi ilə bağlı sərəncamlar imzalayır.

8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır.

…Dünyanın hər yerində qadınlar həyat verəndir – Qadınlarsız həyat yoxdur!

Bayramınız mübarək, əziz xanımlar!!!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir