Qurbanov

Futbolçular övladlarını futbolçu kimi görmək istəyirmi? – BİZİM SORĞU

Baxış sayı: 2. 521

Son dövrlərdə ölkəmizdə futbolun nisbdətən tərəqqi etməsi azərbaycanlı ailələrdə də futbola münasibətin dəyişməsinə zəmin yaradıb. Bir vaxtlar ata-analar saatlarla küçədə top qovmaqdan yorulmayan övladlarını danlamağı özünə borc bilirdi: “boş-boş top oynama, oxu, adam ol”. Valideynlər övladlarını prokuror, mühəndis, həkim  və s. görmək xəyalları ilə yaşayırdı. Ancaq indi vaxtilə “avaraların işi” sayılan futbol qazancı yüksək və populyar olan bir peşəyə çevirilməkdədir. Odur ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da övladını futbolçu kimi görmək istəyənlərin sırası genişdir. Hətta iş o yerə çatıb ki, valideynlər arasında  “uşaq yaxşı oynayacaqsa, oxumasa da olar” deyənlər də az deyil.

Bəs görəsən bu peşənin adamları necə düşünür, onlar övladlarını futbolçu kimi görmək istəyirmi?

Yerli futbol ictimaiyyətinin nümayəndələrinin hansı fikirdə olduğunu müəyyən etmək üçün bəzi yerli və əcnəbi futbol adamları arasında “övladınızın futbolçu olmasını istərdinizmi” mövzusunda kiçik bir sorğu keçirdik.

Samir Əliyev (“Neftçi”nin məşqçisi): “İki övladım var. Biri yeddi, digəri beş yaşındadır. Əlbəttə, onların futbolçu olmasını istəyərdim. Amma özlərinin buna həvəsinin olması da lazımdır. Zorla futbolçu etmək niyyətim yoxdur”

Cüneyt Biçər (“Xəzər Lənkəran” və “Bakı”nın sabiq baş məşqçisi): “Övladlarımın futbolçu olmasının tərəfdarıyam, amma ilk növbədə yaxşı idmançı olması əsas şərtdir. İnsanın yaxşı idmançı olması digər şəxslərdən yaxşı mənada fərqlənməsinə də zəmin yaradır ki, bu da böyük üstünlükdür”385670_10150717141856764_1493166664_n

İlqar Qurbanov (“Qarabağ”ın yarımmüdafiəçisi): “Mən övladımın öz istəyi ilə peşə seçməsinin tərəfdarıyam. Hansı işə həvəsi olacaqsa, həmin işlə də məşğul olmalıdır.

Asif  Məmmədov (“İnter”in yarımmüdafiəçisi): “Oğlumun futbolçu olmasını o səbəbdən istəyərdim ki, idmanla məşğul olmaq sağlamlıq baxımından önəmlidir, həm də bu halda insan pis işlərdən uzaq olmağa çalışır. Amma onu da deyim ki, bu idman növü nə qədər maraqlı olsa da, bir o qədər də çətindir. Futbolla məşğul olmaq üçün mütləq bu sahəyə həvəs lazımdır. Bu istək olmasa, kimisə zorla fotbola yönəltmək olmaz. Bu səbəbdən peşə seçimi zamanı övladıma sərbəstlik verməyi düşünürəm. Hansı sahəni seçsə, ona yalnız dəstək olmağa çalışacam”.

Kamal Bayramov (“Araz Naxçıvan”ın qapıçısı): “Övladımın savadlı bir insan kimi formalaşmasını istəyirəm. Bu səbəbdən də bunun üçün əlimdən gələni edirəm. Açığı, övladımın futbolçu olmasını və mənim çəkdiyim əziyyəti çəkməsini, yaşadığım haqsızlıqları yaşamsını istəmirəm”.10702111_1494479757491195_8297701013719047013_n

Ender Günlü: (“Turan” və AZAL-ın sabiq üzvü): “Təbii ki, istəyirəm. Övladıma bu sahədə bildiklərimi öyrətməkdə maraqlıyam. Dünyanın ən yaxşı idman növü olan futbol mənim üçün sağlamlıqla yanaşı, tərbiyəvi baxımdan da əhəmiyyətlidir”

Elmar Baxşıyev (sabiq futbolçu): “Məncə, uşaqlar özləri seçim etsə, daha yaxşı olar. Kimisə məcburi şəkildə hansısa istiqamətə yönləndirmək düzgün olmaz. Amma övladım idmançı olsa belə, bir insan kimi savadlı olmasını istərdim. İkisini eyni vaxtda bacara bilsə, lap əla olar”.

Asif Mirili (AZAL-ın yarımmüdafiəçisi): “Oğlumun futbolçu olmasını istərdim, çünki əgər belə olsa, həm sağlam böyüyəcək, həm də zərərlivərdişlərdən uzaq olacaq”.

Saşa Yunusoğlu: (“Araz Naxçıvan”ın müdafiəçisi): “Futbolun və ümumiyyətlə idman mənfi və müsbət tərəfləri var. Məsələn, futbolçu həyatı elədir ki, bir çox hallarda ailəndən uzaqda olursan. Bundan başqa, məşq prosesləri ağır, oyunlar stressli olur. Digər tərəfdən futbolçu karyerası ərzində dəfələrlə zədə alır ki, bu da sonradan insan bədəninə mənfi təsir edir. Bütün bu problemlər üzündən övladımın futbolçu olmasının əleyhinəyəm. Amma bu məsələdə onun şəxsi istəyi də önəmlidir. Əgər futbolçu olmaq istəsə, həmişə ona yardımçı olmağa çalışaram. Əlimdən gələni edərəm ki, mənim karyeram ərzində etdiyim səhvləri təkrarlamasın və səviyyəli oyunçu olsun”.

Hazırladı: Tural

Gencaile.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir