qebile

Müxtəlif millətlərin “supergücləri”

Baxış sayı: 535

Heç supergücə sahib olmaq istəmisinizmi? Elə fövqəlbəşəri qabiliyyətlərə malik olan bütöv tayfalar və xalqlar var ki, başqaları onu ancaq xəyal edə bilər.

Bəzən bu insanlar bu barədə onlara deyilənə qədər nə qədər müstəsna olduqlarının fərqinə varmırlar. Bu tayfalar öz fərqli qabiliyyətlərini yemək, iqlim və həyat tərzi kimi müxtəlif amillər nəticəsində qazanıblar. Bəzi hallarda bu qabiliyyətlərin mənbələri olduqca başa düşüləndir. Ancaq yenə də onlara sahib olanlara başqa insanlardan fərqli üstünlüklər verirlər – idmanda və ya başqa sahələrdə.

Keniyanın kalenjin xalqları dünyanın ən yaxşı uzun məsafəli qaçış ustalarıdır. Hər kəs bilir ki, dünyanın ən yaxşı marafonçuları keniyalı olurlar. İnsanların çoxunun bilmədiyi odur ki, bu qaçışçıların demək olar ki, hamısı eyni qəbilədəndir.

Bunlar dünyanın ən yaxşı uzun məsafəli qaçışçıları olan kalenjinlərdir.

Bir neçə alim, tədqiqatçı və idman analitikləri bunun nə ilə əlaqəli olduğunu anlamaq üçün tədqiqatlar aparıblar. Seçimlər arasında nişasta ilə zəngin qidalar, iqlim şəraiti və təsadüfi sosial-iqtisadi faktorların nadir kombinasiyasının adları çəkilsə də, qəti nəticəyə gəlinməmişdir. Ancaq bunun genetika ilə sıx əlaqəsi olduğu güman edilir.

Kalenjinlərin incə topuqları və baldırları, marafon qaçışı üçün ideal olan arıq bədən quruluşu var. Bədən nisbətləri qaçışçılar üçün çox vacibdir, çünki nazik sümükləri olan insanlar digərlərindən daha az enerji sərf edirlər. Hətta belə bir üsul da var ki, iştirakçılardan hansının topuqları və baldırları daha incə olduğunu yoxlamaqla marafonun qalibini təxmin etmək olur.

 

Su altında ən çox qalan millət

İndoneziyadakı bajao xalqına dəniz köçəriləri  və ya dəniz qaraçıları  deyirlər.

Su altında heç bir avadanlıq olmadan dəqiq qalma qabiliyyətinə görə bajaolar çox məşhurdurlar. Dünyanın ən təcrübəli dalğıcları onlardan çıxır, bir dalışda 13 dəqiqə su altında qala bilirlər.

Bunu, Kembric Universitetinin tədqiqatçıları aşkar ediblər.

Belə çıxır ki, bu millətin nümayəndələrinin orqanları artıq bu vərdişə uyğunlaşıb. Tədqiqatçılar uzun müddət onlarda dalağın ölçülərini araşdırıblar və bunu, su altında qalmaq qabiliyyəti ilə əlaqələndirirlər. Böyük dalaq suyun altında sıxılır, oksigenlə zəngin qanı bədənə buraxır. O,

bədənin oksigen tədarükü ehtiyacını azaldır və su altında  daha çox qalmağa bizə imkan verir.

Bajao nümayəndələrinin unikal genləri var, onlarda T4 tiroid hormonunun ifrazının artması dalağın genişlənməsinə səbəb olur.

 

Sualtı görmə qabiliyyəti

Uzun müddət su altında qalmaq qabiliyyətindən daha nadir nə var?

Sualtı görmə qabiliyyəti!

Yalnız Qərbi Taylandın moken uşaqları bu qabiliyyətə malikdirlər. Mokenlər dəniz kənarında yaşayırlar. Onların körpə uşaqlarının belə mükəmməl su altında görmək qabiliyyəti olur.

1999-cu ildə Lund Universitetinin tədqiqatçısı Anna Ghislaine mokenlər arasında yaşamaq və onları öyrənmək üçün Taylanda getdi. Oradakı uşaqların görmə qabiliyyətinin iki dəfə daha yaxşı olduğunu başa düşdü.

 

Anadangəlmə alpinistlər

Everestə və ya hər hansı digər dağa dırmaşmaq adi bir insan üçün çətin məsələdir? Ancaq şerplər üçün bu adidir. Onlar anadangəlmə alpinistdirlər. Onlar istənilən naməlum marşrutlara dırmaşmağı bacarırlar. Bu xalqın bədəni yüksək hündürlükdə oksigen çatışmazlığına yaxşı uyğunlaşır.

Əslində bu qeyri-adi sayılmamalıdır. Şerplər 6000 ildən çox müddətdir ki, Himalay dağlarında yaşayırlar.

 

Bəzi yerli Ekvadorlular Laron sindromundan əziyyət çəkirlər, lakin xərçəng və diabetə qarşı immunitetlidirlər

Laron sindromu insan böyümə hormonu reseptorlarında mutasiyaya səbəb olan bir xəstəlikdir,

cırtdanlığa gətirib çıxarır. Bu olduqca yayğındır. Lakin amerikalı alimlər həmin insanlar üzərində tədqiqat və müşahidələr apararaq belə qənaətə gəliblər ki, bu sindroma malik olan insanlarda diabet və xərçəng xəstəliyi inkişaf etmir, bədxassəli şişlər yaranıbsa belə bədəndən öz-özünə sovrulub gedir.

Boliviyadakı çiman hinduları demək olar ki, ürək xəstəliklərinə yoluxmurlar

Boliviyalı çiman hinduları ürək xəstəliyindən ən az əziyyət çəkən xalqdır. 2004-2015-ci illər arasında tədqiqatçılar yüzlərlə testi sınadılar, ən güclü ürəyə sahib olanların yüzdə doxsanının bu qəbilənin nümayəndələri olduğunu təsbit etdilər.

Onlar təmiz arteriyalara sahib idilər, eyni zamanda, daha aşağı qan təzyiqi, aşağı xolesterol və qan şəkəri səviyyələrinə malik idilər.

Alimlər bunu daha çox qidalanma ilə əlaqələndiriblər. Onlar işlənməmiş karbohidratlar yeyirlər, az miqdarda yağ və protein qəbul edirlər. Onlar həm də çox aktiv və uzun iş saatlarına malikdirlər.

 

Avstraliya aborigenlərinin çoxunun mükəmməl görmə qabiliyyəti var

Bu aborigenlər Avstraliyada daha çox orduda müşahidəçi kimi çalışırlar, çünki düşməni çox geniş şəkildə görə bilirlər. Onlar, həmçinin qanunsuz qayıqları aşkar etmək üçün istifadə olunur.

Avstraliya sularında immiqrantlar və qeyri-qanuni balıqçı qayıqlarını aşkar etməkdə ustadırlar. Ancaq təəssüf ki, yaş artdıqca, qırx yaşdan sonra onlarda görmə qabiliyyəti diabet və başqa səbəblərdən digər avstraliyalılarla müqayisədə daha da pis olur və hətta korluq baş verir.

 

Yaponiyadakı okinavalılar ən uzun yaşayırlar

Uzunömürlüləri axtarırsınız? Okinavanın yerli xalqı bu yöndə liderdir. Onlar digər xalqların nümayəndələri ilə müqayisədə daha çox yüz yaşa qədər yaşayırlar.Bu, onların sağlam qidalanması ilə bağlıdır. Okinavalılar taxıl, soya, tofu, tərəvəzlər, şirin kartof, balıq, osminoqla qidalanırlar. Lakin son bir neçə il ərzində bir çox okinavalıların vəziyyətində əhəmiyyətli dərəcədə pisləşmə müşahidə edilmişdir. Buna ticarət mərkəzlərində fastfud istehlakının artması səbəb olub.

 

Nubar Süleymanova

1

qebile 2

2

boy

3

su altinda

qebile

qacis

usaq

yasli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir