Bəzi insanlar, xüsusilə də orta yaşdan sonra, oynaqlarda ağrı və sərtlik hissi ilə qarşılaşırlar. Hətta gənc yaşlarda belə, bəzi insanlar müxtəlif səbəblərdən oynaqlarda ağrı və hərəkət məhdudiyyəti yaşayır. Bu cür şikayətlər çox vaxt sıradan bir yorğunluq və ya məşq nəticəsində meydana gəldiyi düşünülür, amma əslində bunlar bədənimizin daha ciddi siqnalları ola bilər.
Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova, oynaqlarda ağrı və hərəkət çətinlikləri ilə bağlı vacib məlumatlar verdi və bu problemin arxasında hansı xəstəliklərin durduğunu açıqladı.
Oynaqlarda ağrının əsas səbəbləri
Nərminə Abbasova qeyd edir ki, oynaqlarda ağrı bir çox fərqli səbəbdən qaynaqlana bilər. Bu səbəblər arasında ən çox rast gəlinənlərdən biri osteoartrit və revmatik xəstəliklərdir. Həkim bu xəstəliklərin nə olduğunu belə izah edir: “Osteoartrit, oynaqlarda kartilajın (sümük və oynaq arasındakı qoruyucu təbəqənin) zədələnməsi nəticəsində meydana gəlir. Bu, yaşla əlaqəli bir vəziyyətdir və çox vaxt yaşlı insanlarda daha çox müşahidə olunur. Revmatik xəstəliklər isə oynaqlarda iltihab yaratmaqla yanaşı, ağrı və hərəkət çətinliklərinə səbəb olur.”
Həkim əlavə etdi ki, oynaqlarda ağrı yalnız yaşla əlaqəli deyil, həm də digər sağlamlıq problemləri ilə də əlaqəlidir. Məsələn, gout (qout xəstəliyi) və bursit kimi xəstəliklər də oynaqlarda ağrılara səbəb ola bilər.
İltihab və ağırsız hərəkət problemi
İltihablı xəstəliklər, xüsusilə revmatik artrit və lupus kimi xəstəliklər, oynaqlarda ağrının və hərəkət çətinliklərinin əsas səbəbləri arasında yer alır. Nərminə Abbasova bildirib ki, bu cür xəstəliklər oynaqlarda şişkinlik, qızarıqlıq və istilik hissi yarada bilər. “İltihab oynaqlarda təzyiq yaradır, bu isə sərtlik və ağrıya səbəb olur. Bu cür xəstəliklərdən əziyyət çəkən şəxslər oynaqlarını normal hərəkət etdirə bilmirlər.”
Yaralanmalar və hərəkət məhdudiyyəti
Oynaqlarda ağrı yalnız iltihabdan deyil, həm də travmalardan və ya hər hansı bir yaralanmadan qaynaqlana bilər. Həkim qeyd edir ki, idman və ya gündəlik həyat fəaliyyəti nəticəsində oynaqlarda zədələnmələr meydana gələ bilər. Bu zədələnmələr çox zaman ciddi ağrılarla müşayiət olunur və oynaqların sərtliyinə səbəb olur.
“Yaralanmalar və ya oynaqlarda kirdəyişlər nəticəsində oynaqlarda qan dövranı zəifləyə bilər. Bu da ağrının artmasına və oynaqların sərtləşməsinə səbəb olur. Bəzən bu tip zədələnmələr, oynaqların düzgün hərəkət etməməsi və fiziki məhdudiyyətlər yaradır,” – deyə Nərminə Abbasova əlavə edir.
Müalicə yolları və tövsiyələr
Nərminə Abbasova, oynaqlarda ağrılar və hərəkət çətinlikləri yaşayan şəxslər üçün bir neçə vacib müalicə metodunu təqdim edir. İlk növbədə, fizioterapiya və rehabilitasiya müalicələri oynaqlardakı ağrını azaldır və hərəkətliliyi artırmağa kömək edir. Həkim həmçinin medikamentoz müalicənın da vacib olduğunu qeyd edir: “Osteoartrit və revmatik xəstəliklərdə ağrıları azaldan dərmanlar təyin edilə bilər. Əgər xəstəlik daha irəliləyibsə, müalicə metodu olaraq kortizol inyeksiyaları və ya hətta cərrahiyyə təklif oluna bilər.”
Nərminə Abbasova həmçinin, müntəzəm idman hərəkətlərinin və düzgün qidalanmanın oynaqların sağlamlığını qorumaqda çox mühüm rol oynadığını vurğuladı. “Yüngül fiziki məşqlər, məsələn, yüngül yürüşlər və ya yoga, oynaqlardakı sərtlik və ağrını azalda bilər. Eyni zamanda, oynaqlara faydalı olan omega-3 yağ turşuları və kalsiumla zəngin qidalar qəbul edilməlidir.”
Əlavə tövsiyələr və diqqət edilməsi gərəkənlər
Nərminə Abbasova, oynaqlarda davamlı ağrı yaşayan və hərəkət çətinliyi çəkən şəxsləri diqqətli olmağa çağırır. “Əgər oynaqlarda ağrı və sərtlik davam edirsə və başqa simptomlar (şişkinlik, qızarıqlıq) da müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır. Erkən müalicə ilə xəstəliklərin irəliləməsinin qarşısı alınabilir.”
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)
Bu mövzuya toxunmağınız çox yaxşı oldu. Mən də illərlə oynaq ağrısı ilə yaşamışam. Əvvəlcə çox da fikir vermirdim, amma sonra getdikcə gündəlik həyatımı da təsir altına aldı. Nərminə xanımı şəxsən tanıyıram, müalicələri çox effektivdi, Allah razı olsun 🙏
Mende de eyni problem var, bele yazilar çox faydalidir. Hekimi tanimiram amma yazidan görunur ki, isini seven ve anlayisli biridir. InsaAllah bu klinikaya muraciet edeceyem.
Nərminə xanımı şəxsən olmasa da, məqalələr vasitəsiylə illərdir tanıyıram. Bacarıqlı, səbrli və işinə vicdanla yanaşan həkimlərdəndir. Belə məlumatları paylaşdığı üçün təşəkkürlər.
cox sag olun bele gozel ve sade yazilar yazdiginiz ucun. hekim de cox gozel izah edib. duwunuremki atami da aparaq oraya.
Bizdə də nənəm bu tip agrilardan eziyyet cekirdi. Nərminə həkimin adını çox eşitmişik. Yazida her sey aydin sekilde izah olunub. Tewekkurler!
Mənim də 2-3 aydır ki, sağ dizimdə hərəkət zamanı batma hissi olur, bəzən də sanki kilidlənir. Bu osteoartrit ola bilərmi? Müayinə üçün öncədən yazılmaq lazımdı, yoxsa klinikaya gedib gözləyə bilərik?
Nərminə xanım, salam. Əgər oynaqda ağrı və hərəkət məhdudluğu ancaq səhərlər olursa və gün ərzində azalırsa, bu hansı xəstəliyə işarə edə bilər? Yazınız çox aydın və faydalı idi, təşəkkür edirəm.
Çox təşəkkür edirəm bu məlumat üçün. Mən uzun müddətdir əllərimdə və dizlərimdə sərtlik hiss edirəm, amma həkimə getməyə tərəddüd edirdim. Bu yazıdan sonra başa düşdüm ki, vaxtında həkimə müraciət etmək nə qədər vacibdir. Artıq fizioterapiya barədə ciddi düşünürəm.
Revmatik xəstəliklərlə bağlı hissə mənim üçün çox faydalı oldu, çünki ailəmdə bu cür problemləri olanlar var. Hər kəs üçün anlaşıqlı və dəyərli məlumatlarla doludur. Belə yazıların sayı artsa, insanlar daha çox maariflənər