“Gencaile.az” saytı “Bizim qonaq” rubrikası çərçivəsində yeniyetmə və uşaq psixoloqu Aysu Əliyevanın müsahibəsini təqdim edir.
– Uşaq psixologiyasının əhəmiyyəti haqqında nə düşünürsünüz?
– Sağlam uşaq sağlam gələcək deməkdir.Valideyn isə sağlam gələcəyin qurucusudur. Gələcəyimizi gözəl , sağlıqlı inşa etmək hər birimizin borcudur. Bu səbəbdən valideynlər övladının sadəcə fiziki sağlamlığı ilə deyil, psixoloji sağlamlığı ilə də maraqlanmalıdır.
– Uşaqların inkişaf mərhələlərini necə qiymətləndirirsiniz və hansı mərhələlər psixoloji baxımdan ən kritikdir?
– Doğulandan ölənə kimi inkişafımız bir neçə mərhələ keçərək tamamlanır. Məsələn, çağa, körpəlik, məktəbəqədər, kiçik məktəbli, yeniyetməlik, gənclik və digərləri. Hər yaş dövrünün isə aparıcı fəaliyyəti fərqlidir. Təbiidir ki, hər birinin öz mənfi və müsbət göstəriciləri olacaqdır. Lakin ən kritik dövr mən deyərdim ki, yeniyetməlik dövrüdür. Bu yaş mərhələsində şəxs uşaqlıqdan gənclik dövrü arasında keçid periodu yaşayır. Çox zaman emosional çalxalanmalarla özünü göstərir bu dövr. Üsyankar, etiraz yönümlü davranışlar, özünü təsdiq etmək cəhdləri, ailəyə qarşı çıxmaq və s. Lakin valideynlər bu peridodu daha sağlam keçmək üçün mütəxəssis dəstəyi ala bilərlər, yaxud maarifləndirici seminarlara qatıla bilərlər və ya çoxlu araşdırma edərək övladıma necə yardım edə bilərəm sualına cavab axtarışına çıxa bilərlər. Lakin unutmayaq ki, sağlam yeniyetmə – üsyan edən, yox deyə bilən yeniyetmədir.
– Günümüzdə sosial media və texnologiyanın uşaqların psixologiyasına təsiri necədir?
– Dövrün tələbini nəzərə alaraq, sosial media və texnoloji vasitələrin həyatımızda rolunu xüsusilə vurğulamalıyıq. Sözsüzdür ki, texnologiyanın mənfi və müsbət cəhətləri var. Müsbət cəhətlərə bilginin asan əldə edilməsi, əlçatan olması; yaşadığımız yerdən asılı olmadan onlayn/ distant təhsil ala bilməyimiz, özünü təhsil üçün əlverişli şəraitin yaranması, rəngarəng və bol informasiyadırsa, mənfiləri bundan qat-qat çoxdur. Məsələn, televizorda baxılan cizgi film personajlarının mənfi hərəkətlərini təqlid etmək, aqressiv və döyüş, savaş tipli oyunlara meyl etmək, oyun, internet və telefon asılılığı və s aiddir deyə bilərik. Lakin valideynlərin düzgün nəzarəti, uşaqlar üçün filtrlənmiş YouTube Kids və s tipli proqramların köməkliyi, eyni zamanda limitli istifadəyə xüsusilə diqqət etməklə bu zərərləri minimuma endirmək öz əlimizdədir.
– Uşaqlarda ən çox qarşılaşılan psixoloji problemlər hansılardır və bunlarla necə mübarizə aparılmalıdır?
– Hazırda mənə gələn çoxsaylı müraciətləri təhlil edərək deyə bilərəm ki, ən çox müraciət uşaqlarda aqressiya və nitq ləngiməsi problemi üzrədir. Aqressiyaya səbəb bəzən yaş faktoru (məsələn, böhranlı yaş dövrləri -3 yaş, yeniyetməlik dövrü kimi); bəzən isə hədsiz dərəcədə telefon, ekran asılılığı və təbii ki, digər sadalamadığım amillər səbəb ola bilər. Uşaqların izlədikləri, oynadıqları oyunlardan sonra bir müddət keçdikdə fərqində olmadan uşaq eynisini etməyə başlayır. Xüsusilə döyüş, savaş tipli aqressivlik təbliğ edən oyunlarda…
Nitq ləngiməsini isə yaradan amillər çoxsaylıdır. Məsələn, irs amili, artikulyasiya aparatında olan əngəllər, söz ehtiyatının azlığı, ekrana çox baxmaq, pedaqoji baxımsızlıq kimi. Səbəb hər nə olur-olsun, valideyn durumun fərqinə varan kimi dərhal üzərinə düşməlidir.
– Uşaq və valideyn münasibətlərinin psixoloji inkişafdakı rolunu necə qiymətləndirirsiniz?
– Belə bir deyim var, uşaq dünyanı valideynlərinin gözü ilə görər, onlar kimi qavrayar. Onları sorğusuz-sualsız doğru qəbul edər, özünə örnək götürər. Valideyn uşaq üçün ən ideal rol-modeldirlər. Onlara düzgün örnək olması üçün təbiidir ki, öz davranışları, rəftarlarını xüsusilə də övladına qarşı tətbiq edərkən süzgəcdən keçirməlidir. Onu şəxsiyyət olaraq qəbul etməli, dinləməyi bacarmalı, şəxsi sərhədlərini qorumalıdır. Çünki o uşaq doğulmağı seçməyib. Biz ata və ana olmağı müstəqil şüurla seçmişik. Ona gözəl həyat, gözəl ailə verməyə borcluyuq.
– Uşaqların emosional sağlamlığını qorumaq üçün hansı müsbət davranış modelləri tətbiq etmək vacibdir?
– Psixoloji, fiziki və digər hər cür şiddət növündən uzaq olmaq, onu səbrlə dinləmək, danışarkən onun boy səviyyəsinə enərək göz təması qurmaq, sevgisini, qayğısını hiss etdirmək, ona zaman ayırmaq və s. Düşünmək olmaz ki, ata və ya ana olmaq o uşağın sadəcə maddi ehtiyaclarını ödəmək deməkdir. Xeyr. Mənəvi ehtiyaclar, mənəvi doyum xüsusilə önəmlidir. İnanın ki, hansısa uşaq yeni paltar almadığı üçün ölməyəcək, bəlkə də heç xatırlamayacaq. Amma sevgisiz ailədə böyüyən uşaq ömür boyu o duyğusal şiddəti xatırlayacaq.
– Təhlükəli və stresli mühitlərdə böyüyən uşaqların psixologiyası necə dəyişir? Hər hansı bir müdaxilə lazımdırmı?
– Davamlı özünü müdafiəyə ehtiyac hiss edir. Özünütəsdiqə ehtiyac duyur. Şəxsiyyəti əzilir, bəlkə də alçaldılır. Psixoloji şiddət və travma yaşayaraq, onun izlərini ömür boyu hiss edirlər. Bu halda terapiya mütləqdir!
– Uşaqların davranış problemlərinin kök səbəbləri nələrdir? Onlara qarşı necə daha təsirli yanaşmaq olar?
– Ailədə valideynlərin tutarsız yanaşması, düzgün sərhədi təyin edə bilməmək, qadağaların ya həddindən çox sərt, yaxud yumşaq olmasını səbəb olaraq göstərə bilərik. Övladımıza düzgün davranış aşılamaq istəyiriksə, buna birinci özümüz əməl etməliyik. Çünki onlar bizim ayaq izlərimizi təqib edir. Bundan əlavə, ona zərərli olan bir şeyə -“olmaz” deyib daha sonra qıya bilməmək, yersiz kompromisə gedərək tutarsız münasibət göstərmək olmaz!
– Uşaqların özünə güvənini artırmaq üçün valideynlər və müəllimlər nə etməlidir?
– Alimlər tərəfindən araşdırılıb ki, öz öhdəliklərini özü yerinə yetirə bilən uşaqlar gələcəkdə müstəqil, azad düşüncəli, problemlərini sərbəst həll edə bilən, kimsədən asılı qalmayan yetkin şəxslərə çevrilirlər. Özgüvəni formalaşdırmaq üçün ona şəxsiyyət olaraq yanaşmaq, seçimlərinə hörmət etmək, söz haqqı tanımaq, tənqid edərkən şəxsiyyətinə yox, davranışına yönəltmək, kimləsə müqayisə etməmək və bu kimi hallara riayət etməliyik. Eyni zamanda yaşına uyğun bacara biləcəyi kiçik öhdəliklər verə bilərik. Məsələn, oyuncaqlarını toplamaq, kirli qabları daşımaqda anaya kömək etmək kimi. Bu təlimatları müstəqil etmə bacarığı yarandıqca onda özgüvən də formalaşacaq. Bacara bildim duyğusu onda yeni uğurlara imza atmağa vəsilə olacaqdır.
– Uşaqların psixologiyasını anlamada valideynlərin ən çox etdiyi səhvlər hansılardır?
– Övladlarını başqaları ilə müqayisə etmək, uşaq səhv edəndə tənqidin onun davranışına yox, şəxsiyyətinə yönəltmək, seçim və söz haqqı verməmək valideynlərin etdiyi səhvlər sırasındadır.
– Uşaqlarla psixoloji danışıq terapiyasına başlamağın doğru vaxtı nədir?
– Problemi və yolunda getməyən nələrinsə olduğunu fərqinə varan kimi dərhal valideyn mütəxəssisə müraciət etməlidir. Mənə gorə “Doğru vaxt”anlayışı nisbidir. Valideyn nə qədər tez mütəxəssis dəstəyi alsa, problem bir o qədər tez və qabarmadan həll edilə bilər.
Söhbətləşdi: Tural Məmmədov
Məncə, ən vacib məqam valideynlərin uşaqlarına qarşı tutarsız yanaşmaları və sərhədlər qoymada yaşadıqları çətinliklərdir. Bu, uşaqlarda qarışıqlıq yaradır və onların psixologiyasına mənfi təsir edir. Müxtəlif davranış modellərinin tətbiqinin necə vacib olduğunu, xüsusilə uşağa qarşı sevgi və diqqət göstərməyin psixoloji sağlamlıq baxımından nə qədər vacib olduğunu qeyd edən müsahibə mənim üçün çox qiymətlidir. Çox faydalı məlumatlardır və mən öz övladım üçün bu cür yanaşmaları tətbiq etməyə çalışacağam.
Mənim üç yaşında bir oğlum var və son zamanlar onun aqressiv davranışları ilə qarşılaşıram. Çox zaman kiçik mübahisələrdə belə əsəbiləşir, əşyaları atır və ya digər uşaqlarla oynayarkən onlara zorakılıq göstərir. Belə vəziyyətlərlə necə başa çıxmalıyıq? Mənim üçün bu suala cavab almaq çox vacibdir, çünki oğlumun bu tip davranışlarını artıq özümə çox dərd edirəm. Müsahibədə deyildiyi kimi, 3 yaş dövrü böhranlı yaş dövrüdür və bəlkə də bu, onun inkişaf mərhələsidir, amma yenə də narahatam.
Uşaqların psixoloji inkişafı ilə bağlı çox gözəl tövsiyələr var. Müsahibənin sonunda verilən ‘doğru vaxt’ anlayışı ilə bağlı fikirlər də çox diqqətəlayiqdir. Çox vaxt valideynlər uşaqlarının problemləri böyüdükdən sonra müdaxilə edirlər, amma erkən müdaxilə həqiqətən çox vacibdir. Mənim üçün bu, çox faydalı və düşündürücü oldu.
Əslində, sosial medianın uşaqların psixologiyasına təsiri barədə daha çox məlumat almalıydıq. Bu, biz valideynlər üçün çox aktual bir məsələdir. Verilən nümunələr çox realdır, xüsusilə döyüş oyunları və onların uşaqlara təsiri barədə deyilənlər diqqətə layiqdir. Mən də öz uşağımda bu cür təsirləri müşahidə etmişəm.
Mənim üçün ən çətin məsələ uşağımın sosial bacarıqları ilə bağlıdır. O, məktəbdəki digər uşaqlarla çox ünsiyyət qurmaqda çətinlik çəkir və çox vaxt tək qalır. Mən onu çox təşviq etmişəm ki, yeni dostlar tapsın, amma heç bir irəliləyiş yoxdur. Uşağımın bu tip sosial çətinlikləri ilə necə başa çıxmağımızı tövsiyə edirsiniz?
Bu müsahibə məni çox düşündürdü. Uşaqların özünə güvənini artırmaqla bağlı verilən tövsiyələr çox dəyərlidir. Özünə inamın necə inkişaf etdiyini və valideynlərin necə dəstək olacağını göstərmək çox faydalıdır. Həmçinin, valideynlərin uşaqlarına qarşı sərhəd qoyma məsələsi də mənim üçün çox önəmli bir mövzudur. Bunu çox düzgün şəkildə izah ediblər
Valideynlərin uşaqları başqaları ilə müqayisə etməsi məsələsi mənim üçün çox aktualdır. Mənim kiçik qızım var və onun inkişafını hər zaman digər uşaqlarla müqayisə edirəm, amma bəzən hiss edirəm ki, bu ona zərər verir. Hər dəfə daha çox inkişaf etməsi üçün onu təşviq etməyə çalışıram, amma bəzən bu, onu stressə salır. Mənim sualım odur ki, bu davranışın müsbət tərəfləri varmı, yoxsa biz həqiqətən bu yanaşmadan imtina etməliyik?
Yeniyetməlik dövrünün necə çətin bir mərhələ olduğunu hiss edirəm. Mənim qızım artıq 14 yaşındadır və çox dəyişib. O, çox daha özünə qapanıb, ailəmizlə çox ünsiyyət qurmur və daha çox otağında vaxt keçirir. Onunla necə daha sağlam və açıq dialoq qurmağımız mümkündür? Bu, bir çox valideynin qarşılaşdığı bir məsələdir, amma mən onu daha yaxşı anlamalı və ona necə dəstək olacağımı bilməliyəm.
Uşağımın psixoloji inkişafı ilə bağlı çox narahatam. Onun emosional sağlamlığı üçün düzgün yanaşmalar tətbiq etməyə çalışıram, amma bəzi davranışlarımın yanlış olub-olmadığını müəyyən etməkdə çətinlik çəkirəm. Məsələn, bəzi zamanlar onu çox tərifləyirəm, digər zamanlar isə sərt olmağa çalışıram. Hansı metod daha faydalıdır? Müsahibə zamanı qeyd etdiyiniz kimi, uşağa doğru nümunə olmaq vacibdir, amma necə doğru nümunə olmaq barədə daha çox məlumat verə bilərsinizmi?
Bu müsahibəni çox bəyəndim. Mənim üçün ən vacib məqam uşaqların psixoloji inkişafına diqqət yetirilməsi məsələsi oldu. Valideynlərin yalnız fiziki sağlamlığa diqqət etmələri kifayət deyil, psixoloji sağlamlıq da çox önəmlidir. Xüsusilə yeniyetməlik dövrü ilə bağlı verilən tövsiyələr çox yerindədir. Müsahibə çox dərin və faydalı oldu.
Ailəmizdəki son dövrlərdəki problemlər səbəbindən uşağım çox narahatdır və emosional cəhətdən çox həssas olub. O, heç bir halda danışmaq istəmir və özünü çox tənqid edir. Mən də onu anlamağa çalışıram, amma necə başlaya biləcəyimi bilmirəm. Uşağımın psixoloji dəstəyə ehtiyacı olduğunu düşünürəm, amma onu mütəxəssisə aparmağa necə inandıra bilərəm? Onun mənə qarşı bu qədər qapalı olması çox çətindir.
Bu günlərdə uşağımda nitq ləngiməsi olduğunu müşahidə etdim. O, yaşıdlarına nisbətən daha az sözlərlə danışır və bəzən başqalarını düzgün anlamaqda çətinlik çəkir. Mənim sualım budur ki, bu vəziyyət necə inkişaf edə bilər və mənim kimi valideynlər necə müdaxilə etməlidir? Mütəxəssisə getmək istərdim, amma bu cür hallarda hansı təcrübə ilə qarşılaşacağımı bilmədiyim üçün əvvəlcə məsləhət almaq istəyirəm.
Uşaqların psixoloji inkişafı barədə daha çox məlumat almağa ehtiyacımız var. Xüsusilə təhlükəli mühitlərdə böyüyən uşaqların psixologiyası ilə bağlı söylənənlər çox əhəmiyyətlidir. Hər hansı bir müdaxilənin zəruriliyi də doğru bir yanaşmadır. Bu müsahibə çox faydalıdır və hər valideynin oxuması gərəkdir.
Şərhiniz üçün təşəkkür edirəm!💜
Müsahibədə uşaqların psixoloji sağlamlığı ilə bağlı verilən məsləhətlər çox dəyərlidir. Mənim 6 yaşında bir oğlum var və onun hər zaman diqqətini çəkən şeylərdən biri ekran vaxtıdır. Onun uzun müddət telefon və ya kompüterlə oyunlar oynamağına nəzarət etməkdə çətinlik çəkirəm. Bu, onun sosial davranışlarına təsir edir və bəzən digər uşaqlarla ünsiyyət qurmaqda çətinlik çəkir. Valideynlər bu tip vəziyyətlərlə necə başa çıxmalıdırlar? Müəyyən məhdudiyyətlər qoymaq düzgün bir yanaşmadırmı?