deb

Qızları daha cəlbedici göstərən dərin yarıqlı don dəbi – FOTOLAR

Baxış sayı: 2. 257

Dizaynerlər 2017-ci ilin yay mövsümü üçün trend olan çoxlusayda müxtəlif fasonlar hazırlayıb. İstisna deyil ki, güllü donlar öz daimi pərəstişkarlarının qarderobunu bu yay da bəzəyəməyə davam edəcək. Uzun paltarlar praktiki olaraq istənilən bədən tipinə uyğun gəlir. Məsələ ondadır ki, güllü paltarlarda xanımlar çox incə və cəlbedici görünür, çiçək təsvirləri isə obraza bənzərsiz gözəllik və füsunkarlıq notu əlavə edir. Hər halda təsadüfi deyil ki, yerə qədər uzanan güllü donlar bütün dövlərdə qadınlığın və romantikanın mücəssəməsi sayılıb.

“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, uzun güllü donların dərin yarıqlı variantları xüsusilə aktualdır. Rəngbərəng güllərlə bəzədilmiş sarafanlar dərin yarıqları sayəsində sahibini daha da diqqətçəkici göstərir.

Belə qəbul olunub ki, uzun donlar hündürboy qadınlar üçün nəzərdə tutulub, lakin güllü donlar istənilən zərif cinsin nümayəndələrinə eyni dərəcədə yaraşır. Sadəcə bir neçə detala diqqət etməlisiniz. Əgər boyunuz balacadırsa, onda gül naxışlarının xırda olmasına diqqət edin, çünki böyük ölçülü gül şəkilləri boyunuzu həqiqətən də olduğundan kiçik göstərə bilər.

Bir çox dəb jurnalları uzun sarafanları ancaq altı düz səndəllərlə uzlaşdırmağı məsləhət görürlər. Amma bu, düzgün yanaşma deyil. Çətin ki, balacaboy qızlar bu məsləhəti bəyənsinlər. Uzun paltarlar əslində, bir çox ayaqqabı modeli ilə yaraşır. Baletka, tanketka, qladiator səndəlləri uzun paltarlarla çox qəşəng uzlaşır.

Uzun sarafanlara yaraşan aksesuarlardan biri də enli həsir şlyapa və dəri kəmərdir. Bol kəsimli sarafanları qum saatı formasında göstərməkdən ötrü belinizə incə kəmər taxa bilərsiniz. Saçaqlı çanta və eynəksə yay üçün rahat və romantik obraz yaratmağa kömək edəcək.

6 1 2 3 4 5




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir