USAQ

Uşaqların inkişafında ətraf mühitin rolu nə qədərdir?

Baxış sayı: 983

Uşağın nəinki çox hərəkət etməsi, həm də hərəkət etdiyi sahənin də kifayət qədər geniş olması vacibdir (otaq, uşaq inkişaf mərkəzləri, uşaq meydançaları). Bu onun yeni təəssüratlara və biliklərə sahib olmasına gətirib çıxarır. Əşyalarla davranış uşağın psixikasının keyfiyyətli formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Uşaqlar əşyalarla oynadıqda hərəkətləri, hərəkətlərin koordinasiyası, hissiyat, təfəkkür formalaşır. Barmaqların incə hərkətləri beyində nitq mərkəzini stimulyasiya edir, diqqət, müstəqillik, nəticə əldə etmək qabliyyəti inkişaf edir.

Erkən yaşda şəxsiyyətin formalaşmasında oyun yaradacılığı vacib əhəmiyyət kəsb edir. Uşağın erkən yaşlarında oyunlarda iştirakı onun gələcəkdə təhsil və işində müvəffəqiyyətli olmasında, digər insanlarla düzgün ünsiyyət qurmasında vacib rol oynayır.

Uşaq həyatının ikinci ili nitq inkişafının kritik dövrüdür. Uşaqla ünsiyyət zamanı onu əhatə edən, maraqlandıran əşyaları adlandırmaq lazımdır. Uşağı bəsləyərkən yeməklər haqqında danışmaq, geyindirəndə isə bədənin hissələrini və paltarların adlarını təkrarlamaq lazımdır. Uşaqlarda aktiv nitq böyüklərlə ünsiyyət olduqda inkişaf edir. Ünsiyyət zamanı emosional kontakt da yaranır. Emosional kontakt adətən əyləncəli oyunlar zamanı inkişaf edir. Uşağın hər müraciəti valideyn tərəfindən dəstəklənməli və cavablandırılmalıdır.

etraf muhit

Uşağın jest və ya mimika ilə ünsiyyət qurmasına imkan yaratmayın. Uşaq jestlərlə sizə müraciət etdikdə ona sual verərək danışdırın. Məsələn: “Nə istəyirsən? Topu? De, topu.

Uşağın inkişafında, onun səxsiyyət kimi formalaşmasında valideynlərin ailədə davranışı əhəmiyyətli bir faktordur. Uşaqlar digər insanların, xüsusilə onların yaxın ətrafında olanların hərəkətlərini təkrarlayırlar. Buna görə də ailədəki münasibətlər sevgi, qarşılıqlı hörmət və anlaşma əsasında qurulmalıdır. Uşaqlarla davranış onların yaşına, cinsinə və fərdi xüsusiyyətlərinə əsaslanmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir