Nermine Abbasova

“Varikoz trombların əmələ gəlməsinə təkan verir” – HƏKİM DANIŞIR

Baxış sayı: 565

“Damar tutulması müasir dövrdə ən çox rastlanan həyati təhlükəli problemlərdən biridir. Əksər insanlar damar tutulmasının əlamətləri meydana çıxdıqda təhlükəni kifayət qədər qiymətləndirə bilmirlər. İlk infarkt və ya insultdan sonra isə hər hansı bir önləyici tədbir görmək gec olur. Ona görə də bu problemə işarə edən bəzi simptomları bilməyimizdə fayda var”.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi Nərminə Abbasova bununla bağlı oxucuları məlumatlandırıb.

Nərminə Abbasova bildirir ki, damar tutulması simptomlarına baldır və budda ağrılar, sinədə ağrı, təngnəfəslik, əllərin və ayaqların soyuq olması, başgicəllənmə, yorğunluq aiddir:

“Sadalanan əlamətlərin hər biri damarların tutulması riskini göz önünə almağa işarə edir. Problemin kökündə tromblar dayanır. Onlar müxtəlif səbəblərdən yaranır. Qanın kəmiyyət və keyfiyyət dəyişiklərinə, qan dövranında durğunluğa səbəb olan xəstəliklər, o cümlədən varikoz trombların əmələ gəlməsinə təkan verir. Varikoz, bildiyimiz kimi, dərialtı venaların qapaq aparatının zəifliyi nəticəsində inkişaf edir. Bu zaman venoz sistemdə baş verən durğunluq hesabına qan ətraf toxumalara sızır. Varikozun ilkin əlamətləri – ayaqda göyərmə, damar çıxması, qaşınma, ağrı və başqa bu kimi simptomlar özünü büruzə verir. Xəstəliyin qarşısı başlanğıc mərhələdə alınmadıqda proses bir qədər də dərinləşir və damar yatağında tromb əmələ gəlməyə başlayır”.

Adətən həkim müayinəsindən sonra xəstələr tromp sözünü eşidəndə bununla bağlı həkimə suallar verirlər – nədir, nə qədər təhlükəlidir və s. Həkim-terapevt deyir ki, ilkin dövrlərdə tromb kiçik ölçülü olur. Müalicə aparılmadıqda qan laxtası böyüyür və bəzən damarın mənfəzini bütövlükdə tutur. Nəticədə həmin damarın qidalandırdığı orqan və toxumalar oksigenlə, eləcə də digər lazimi maddələrlə təmin oluna bilmir:

“Daha qorxulusu isə odur ki, tromb damar divarından qopa bilir. Bu, xəstəliyin istənilən mərhələsində baş verə biləcək haldır. Qopmuş tromb qan dövranında sərbəst hərəkət edərək, həyati vacib orqanlarda – ürək, ağciyər və sair – damar tutulması təhlükəsi yaradır. Bu da ölümlə sonlana bilər.

Tromb ayaq damarlarından birində tıxac yaratdıqda həmin damarın qidalandırdığı toxumalar getdikcə daha az qidalı maddələr və oksigen qəbul edir. Qanın maye hissəsinin ətrafa sızması nəticəsində ayaq şişkinləşir, iltihab isə həmin ətrafda dərinin rəngini dəyişməsinə, yerli hərarətin yüksəlməsinə gətirib çıxarır. Bu isə trofik yara ilə nəticələnə bilər. Ona görə də trombun yaranmasına hər hansı təhlükə varsa, ona etinasız yanaşmayın və vaxtında damar həkiminə – fleboloqa müraciət edin.

 

 

Həkim-terapevt Nərminə xanım Abbasova vurğuladı ki, damar tutulmaları adətən qıçlarda, qollarda və kürək bölgəsində yaranır:

“Dönə-dönə təkrar etmək istəyirəm ki, insanlarımız bilsinlər və yaddaşlarında saxlasınlar ki, damar tutulmasıma sıradan bir damar burxulması kimi yanaşmasınlar. Adətən qıçlarda, qollarda və kürək bölgəsində yaranan damar tutulmasının səbəbləri isə məcburən hər hansısa bir bədən hərəkəti etmək, zədələnmək, əzələlərin dartılması və çox uzun müddət eyni mövqedə hərəkətsiz qalmaq ola bilər”.

 

 

Həkim bu vəziyyətdə evdə edə biləcəyiniz bəzi müalicə üsullarını sadaladı. Həmin üsulları təqdim edirik:

Yüngül masaj: kramp girən, yəni damar tutlan bölgəni əzələlərin istiqamətində yavaş-yavaş ovuşdurun. Bu, qan dövranını artıraraq sıxılan əzələləri rahatlaşdırır.

İsti hamam: İsti və ya ilıq bir duş yapın. İsti suyu damarınızın tutulduğu bölgəyə uzun müddət tutun. Suyun dərəcəsini dözə biləcəyiniz qədər isti edin. Bu, əzələlərinizin boşalmasını təmin edəcək.

Dartınma: Baldır bölgəsində yaranan spazm üçün ayaq barmaqlarınızı yuxarı qaldırın, qıçınızı da başınıza doğru çəkin və bu vəziyyətdə 30 saniyə qədər durun.

Soyuq və isti müalicəsi: kramp girən bölgəni buz ilə beş dəqiqəyə qədər, yəni qızarana qədər ovun, qızarması qan hüceyrələrinin əzələlərinin istiləşməsi mənasını gəlir. Eyni zamanda isti su torbası ilə əzələləri boşaltmağı da sınaqdan keçirə bilərsiniz.

Qidalanma: Əgər çox tez əzələ krampı yaşayırsınızsa bədəniniz bəzi minerallar (məsələn kalium və kalsium) cəhətdən qeyri-kafi bəslənir deməkdir. Kalsium üçün yağsız süd və qatıq, kalium isə kartof, banan kimi qidaları yeməyə diqqət edin.

Qeyri-kafi maye qəbulu: Kifayət qədər maye qəbul etməmək əzələ sıxılmalarına səbəb olur. Bunun üçün gün içində nizamlı olaraq su içməlisiniz.

Köməkçi qidalar: Bal: Gecə meydana çıxan ayaq və qıç kramplarına maneə törədir.

Alma sirkəsi: Kalium cəhətdən zəngindir. Bir çay qaşığı alma sirkəsi və iki çay qaşığı balı isti suda qarışdırıb içə bilərsiniz.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir