qarin

Yeməkdən sonra yaranan qarın şişkinliyi – Necə aradan qaldırmalı?

Baxış sayı: 466

Şişkinlik, narahatlıq, ağırlıq həm pis ovqat gətirir, həm də dar paltarda olduqca pis görünür. Ümumiyyətlə, “çıxmış qarın” şəhər sakinləri arasında çox geniş yayılmış problemdir. Bu hal yalnız düzgün bəslənməyə riayət etmək və ya şirniyyatlardan imtina etmək çətin olduğu üçün deyil, həm də böyük stres nəticəsində meydana gəlir.

“Gencaile.az” saytı xəbər verir ki, Alla Oleqovna Kuzneçova stres və psixi sağlamlığın mədəyə təsirlərindən danışıb.

Qıcıqlanmış bağırsaq simptomları:

ağrı, narahatlıq və ya şişkinlik;

nəcisin konsistensiyasının tez-tez dəyişməsi;

ürəkbulanma, yemək udarkən boğazda düyünləmə hissi;

nadir hallarda – əzələ spazmı və oynaq ağrısı, baş ağrıları, narahatlıq, depressiya.

 

Səbəbləri

Əsas səbəb kimi stres, yəni müxtəlif sosial və psixoloji amillər göstərilir. Bundan əlavə, düzgün olmayan qidalanmanın da payı böyükdür: keyfiyyətsiz qidalanma, çox miqdarda qaz istehsal edən qidaların istifadəsi, yağlı qidalar, artıq kofein, spirtli içkilərdən sui-istifadə, rasionda lifli qidaların olmaması, həddindən artıq yemək. Bağırsaqda bakteriyaların çoxalması da xəstəliyin inkişafına səbəb olur.

 

Çəki problemi təsir edirmi?

Qıcıqlanmış bağırsaq sindromu çəki dəyişiklikləri arasında dəqiq əlaqə yoxdur. Ancaq bir şəxs rasionunu azaltmaqla sindromun əlamətlərini azaltmağa çalışırsa, onda arıqlaya bilər.

 

Hansı qidalar vəziyyəti ağırlaşdırır?

Buğda, arpa, çovdar, soğan və yaşıl soğanın rəngsiz (ağ) hissəsi, sarımsaq, çuğundur, şüyüd, noxud, mərcimək, noxud, lobya, fıstıq qıcıqlanmış bağırsaq sindromuna səbəb olur.

Süd, krem, dondurma və qatıq; alma, armud, manqo, albalı, qovun, qulançar, bal, yüksək fruktozalı qarğıdalı siropu, həmçinin ərik, albalı, nektarin, şaftalı, gavalı, qarpız, göbələk, gül kələm, saqqız və qənnadı məmulatları da təsirsiz ötüşmür.

 

Hansı məhsullar kömək edir?

Terapevtik pəhrizdə spirt, kofein, yağlı qidalar tamamilə xaric edilir (bitki yağı az miqdarda icazə verilir). FODMAP karbohidratları olan qidalar da ya rasiondan çıxarılır, ya da ciddi məhdudiyyətlərlə təklif olunur.

 

Bu sindromun psixi sağlamlıqla əlaqəsi nədir?

Qıcıqlanmış bağırsaq sindromlu insanlar həssas və depressiv olurlar. Bir çox həkim hələ də belə xəstələri hipokondriyak və ya malingerlər kimi təsnif edir, çünki müayinə zamanı bağırsaqda səpgilər aşkar edilmir. Belə bir vəziyyətin inkişafının mümkün səbəbləri uzun müddət davam edən tez-tez mikro-iltihablar, mikrofloranın pozulması və gizli qida dözümsüzlüyü ola bilər. “Özünü pis hiss edən bağırsaq” dolayı yolla beynin vəziyyətinə təsir edir, sağlam, yaxşı işləyən bağırsaq isə son dərəcə yaxşı əhval-ruhiyyənin formalaşmasına kömək edir.

 

Necə müalicə etmək olar?

Birincisi, pəhriz və düzgün bəslənmə. Və burada ilk növbədə mədə-bağırsaq traktının bütün xəstəlikləri üçün xüsusi olaraq yaradılmış və istifadə edilən Mayer terapevtik pəhriz tövsiyə olunur. İkincisi, anti-stres effektinə nail olmaq, stres faktorlarına münasibəti yenidən nəzərdən keçirmək və ağrıya qarşı müqaviməti artırmaq üçün psixoterapiya seansları keçirilir. Bəzi hallarda isə həkim dərmanlar təyin edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir