yemeye ne var

Ətli balqabaq belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 430

Qış mövsümündə balqabaq yemək lazımdır. Mövsümün bu faydalı tərəvəzindən dadlı xörək hazırlamaq üçün“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında təqdim etdiyi resepti sınaqdan keçirin:

 

Tərkibi:

1 baş soğan

4 xörək qaşığı zeytun yağı

500 qram quzu əti

Duz

Qara istiot

4.5 stəkan qaynar su

2 ədəd pomidor

700 qram balqabaq

2 xörək qaşığı limon şirəsi

Cəfəri

Hazırlanması:

Soğanı xırda doğrayıb zeytun yağında bir az qızarana kimi qovurun. Xırda doğranmış quzu ətini, duzu, qara istiotu və suyu soğanın üzərinə əlavə edin. Ət yumşalana kimi, təxminən 40 – 45 dəqiqə bişirin. Daha sonra xırda doğranmış pomidoru, balqabağı və limon şirəsini də əlavə edib əlavə 30 dəqiqə də bişirin. Süfrəyə verərkən üzərini cəfəri ilə bəzəyin.

Qeyd edək ki, bu xörək 4 nəfər üçün nəzərdə tutulub.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir