-31bd51a7168027426917711272610135998

Ürəyi gücləndirərək qocalmanı ləngidən bitki

Baxış sayı: 358

Rusiyanın İ. Kant adına Kalininqrad Universitetindən olan alimlər adi dağtərxunu bitkisinin yeni xassələrini kəşf ediblər ki, bu da insanların ömrünü uzatmağa və ürək problemlərinə kömək edə bilər.

Bitki xüsusilə, hüceyrə mutasiyalarının tezliyini azaldır, oksigen qəbulunu yaxşılaşdırır, antioksidant, antimikrob və kardioprotektiv təsir göstərir. Araşdırmanın nəticələri “Pharmaceutics” jurnalında dərc edilib.

Bitkidə aktiv qida maddələrinin tərkibi böyümə bölgəsindən asılı olaraq dəyişir. Dağ tərxunu Rusiya, Şimali Koreya, Yaponiya, Şimali Avropa, Çin və Şimali Amerika da daxil olmaqla bir çox ölkədə yayılıb.

Eyni zamanda,onlar tədqiqatlar nəticəsində müəyyən ediblər ki, digər ərazilərdən gələn tərxunla müqayisədə daha müxtəlif tərkibə malik olan Baltikyanı bölgədə böyüyən tərxun çox faydalıdır. Onun tərkibinə 15 müxtəlif komponent daxildir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir