defn

Ən dəbdəbəli dəfn mərasimləri təşkil edən 4 xalq – MARAQLI

Baxış sayı: 135

Dünya xalqlarının hər birində dəfn mərasimləri özünəməxsusluğu ilə seçilir. Adətən, həmin xalqların sitayiş etdiyi dinlərin hökm etdiyi qaydalarla baş tutan belə mərasimlərdə bəzən həddən artıq təmtəraq və ehtişam olur.

“Gencaile.az” Modern.az-a istinadən ən dəbdəbəli dəfn mərasimləri təşkil edən xalqlar barədə məlumatı təqdim edir.

Çində dəfn mərasimləri öz dəbdəbəsi və mürəkkəbliyi ilə seçilir. Belə ki, vəfat etmiş şəxsin yaşı 80-I keçməyibsə, həmin dəfndə heç bir halda qırımız rəngdən istifadə olunmur. Hesab olunur ki, qırımızı xoşbəxtlik rəmzidir və yalnız yaşı 80-I keçmiş şəxslərin dəfnində bu rəngdən istifadə etmək olar.

Paralel olaraq, mərhumun cəsədini yuyurlar və onu qəhvəyi yaxud göy rəngli paltara bürüyürlər. Cəsədi tabuta qoymazdan qabaq isə onu açıq mavi rəngdə parça ilə örtürlər və üzünü isə sarı yaylıqla örtürlər. Tabutu açıq halda evin ortasında yerləşdirirlər və mərhumla sağollaşmaq istəyən hər kəs tabutun içinə pul, yemək və şam dənələri atır. Hesab olunur ki, bununla mərhum digər dünyada rahatlıq tapacaq.

Afrikanın gerero (Namibiya), qamba (Uqanda) və kamba (Keniya) tayfalarında isə dəfn mərasimləri də xüsusi qaydada keçirilir. Bu tayfalarda qadınlar matəm əlaməti olaraq saçlarını kəsir, kişilər isə mərhumun dəfn olunduğu məkanın qarşısında xüsusi rəqs edirlər. Onlar bu zaman xüsusi nəğmə də ifa edirdilər. Hesab olunur ki, bu nəğmələrdə vəfat edən şəxs təriflənirdi ki, onun digər dünyada aqibəti daha yaxşı olsun. Belə mərasimlərdə minlərlə insan iştirak edir və sonda bütün iştirakçılara zeb ra əti paylanırdı.

Qaraçılar dünyada ən maraqlı dəfn adətləri olan xalqlardan sayılır. Belə ki, qaraçılar hələ valideynləri sağ olarkən onlar üçün dəfn pulu yıxmağa başlayırlar. Onlar bahalı materialdan baş daşı sifariş verirlər və orada mərhumu ayaq üstə təsvir edirlər. Mərasmini özəllikləri ona çoxlu sayda insanların qatılması, orkestrin ifası və insanların şən qaraçı rəqsləri etməsi daxildir.

Bəzi qaraçılarda mərhum tabutda, digərlərində isə bəzəkli xalçada dəfn olunur.

Koreyalılar da özünəməxsus dini ayinləri ilə seçilirlər. Mərhumun cəsədi ayrıca otağa yerləşdirilir. Yaxınlıqda yerləşən stolda isə onun portreti yerləşdirilir. Cəsədi 2 metr uzunluğunda qırmızı parça ilə örtürlər. 3 gün ərzində onunla vidalaşamq üçün evə çoxlu insanlar gəlir. Hər qonaq mərhumun ailəsinə xüsusi konvertdə 30-40 dollar, yaxın qohumlar isə 300-500 dollar yardım edirlər. Mərasimin sonunda isə stolun üzərində xüsusi şam yandırararaq mərhumu yad edirlər.

Dəfn yerinə insanlarla xüsusi avtobuslarla çatdırılır. Adətən şəhər qıraqlarında yerləşən qəbirstanlıqda qohumlar mərhuma yaxınlığa görə sıralanırlar. Xüsusi qrup dəfn nəğməsi ifa edərək dəfn mərasiminə start verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir