qadin

Az pulla çox gözəl görünməyin sirləri

Baxış sayı: 136

Gözəl və baxımlı görünmək üçün sərvət xərcləmədən də gözəl görünə bilərsiniz.

  • Dırnaq boyalarınız çox tez quruyur və istifadə edilməsi mümkünsüz hala gəlirsə, ona bir az aseton əlavə edib dırnaqlarınıza əvvəlki kimi çəkin.
  • Həm göz, həm də qaş qələmi alaraq bədxərclik etməyə gərək yoxdur. Gözün üçün qələmi qaşın rəngi ilə uyğunlaşdırıb hər ikisində istifadə edə bilərsiniz.
  • Baş bəlası sızanaq və qara nöqtələri yox etmək üçün bahalı kremlərə və müalicələrə ehtiyacınız olduğunu düşnürsünüzsə, yanılırsınız. Çünki bəzən bahalı dərmanların faydası olmur. Sağlam qidalanın və bitkilərlə təbii şəkildə maska hazırlayıb dərinizə çəkin. Yaxud da bahalı kremlərin tərkibində olan maddələri ayrılıqda ala bilərsiniz. Bu daha ucuz başa gələr.
  • Köhnə dodaq boyalarını qətiyyən atmayın. Çünki onları yeni birini əldə etmək üçün saxlamaq lazımdır. Qabda qalan dodaq boyasını fırça ilə təmizləyib vazelinlə qarışdırıb parlaq bir dodaq boyası əldə etmiş ola bilərsiniz.
  • Tuşunuzu qurutdunuzmu? Gedib təzəsini almaq yerinə ağzını sıx bağlayın və qaynar suyun içində bir neçə dəqiqə saxlayın. Bu üsul tuşun içinin yumşalmasına və ondan bir müddət faydalanmağınıza kömək edəcək.
  • Sevərək çəkdiyiniz ənliyiniz bitibmi? Pulunuz yoxdursa, bir müddət çəhrayı və ya şaftalı tonlarında dodaq boyasından istifadə edin. Ehtiyacınız olduğu zaman yanaqlarınıza xəfif çəkin və gözəl yayın. İnanın bunu heç kim bilməyəcək.
  • Dırnaq və dodaq boyalarınız tez xarab olursa, ananızdan sizin üçün soyuducuda bir yer ayırmasını xahiş edin. Onları bir müddət orada saxlayın.
  • Manikür və pedikürünüzü gözəllik salonunda etməkdənsə, evdə özünüz cəhd edin. İlk mərhələdə çətin olsa da, sonra zövq alacaqsınız.
  • Dodaqlarınızın gözəl olması üçün hər gün istifadə etdiyiniz parladıcılar bitibmi? Hər ay yenisi almaq yerinə evdə özünüz hazırlayın. Bunun üçün 6 xörək qaşığı rəndələnmiş balmumu, 6 xörək qaşığı susam yağı və 2 çay qaşığı balı bir qabın içinə boşaldın və qarışdırın. Daha böyük bir qabın içinə isti su qoyaraq bayaqkı qabı onun içinə yerləşdirin və bütün ərzaqların əriməsini gözləyin. Yumşalıb məcun halına gəldikdən sonra qabı alın. Soyuyub qatılaşmasını gözləyin və qaşıqla qarışdırın. Bu məhlulu köhnə və bitmiş krem qabına töküb saxlaya bilərsiniz.

Gözəllik qurban tələb edir. Lakin bunun üçün çoxlu pullar xərcləmək deyil, zəhmət də tələb olunur. Əziz xanımlar, gözəlliyinizi qoruyun ki, sizə baxan hər kəs heyran olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir