ezele

Əzələlərinizin inkişaf etməsinə mane olan 7 səbəb

Baxış sayı: 2. 054

Heç özünüzə sual vermisiniz ki, niyə sizin əzələlərinizin bir müddət sonra böyüməsi dayanıb. Baxmayaraq ki, siz daha çox və ciddi məşq edirsiniz. Bunun ola biləcək 7 səbəbini sizlərə təqdim edirik.

– Siz çox intensiv məşq edirsiniz və nəticədə əzələlərinizi əksinə zədələyirsiniz. Bu səbəbdən bir əzələ qrupunu həftədə bir, maksimum iki dəfə məşq elətdirmək lazımdır.

– Siz çox məşq edirsiniz – məşqinizi çalışın bir saata sığışdırın. 45 dəqiqədən sonra kortizol hormonu çoxalmağa başlayır. Bu hormon əzələ hüceyrələrini dağıdır.

– Siz çox az yatırsınız – əzələ artımı üçün çoxlu yatmaq lazımdır. Sizin əzələləriniz yuxuda böyüyür. Buna görə gündə 8 saatdan çox yatmağa çalışın.

– Siz alkoqoldan istifadə edirsiniz – alkoqol əzələ kütləsini dağıdır, orqanizmin digər funksiyalarına mənfi təsir göstərir.

– Siz məşq proqramınızı dəyişmirsiniz – qəbul edilib ki, 6-8 həftədən sonra proqramlar dəyişilsin. Əzələlər adaptasiya ola bilirlər. Onlar eyni məşqə öyrəşdikdən sonra artıq böyümürlər.

– Siz əzələyə yükü etap etap qaldırmırsınız – yadınızda saxlayın, məşq zamanı eyni çəki və ya eyni təkrarlarla işləməyin, daim çəki və ya təkrarı qaldırmağa çalışın. Əks halda əzələ artımı üçün bir səbəb olmayacaq.

– Siz yetərli zülal qəbul etmirsiniz – əgər əzələ artımını istəyirsiniz isə çoxlu zülal qəbul etməlisiniz. Zülal əzələ üçün tikinti materialı rolunu oynayır. Çəkinizin hər 1 kq-a gündəlik 1 qr zülal tövsiyyə olunur. Əgər rasionunuzda yetərli zülal yoxdursa, protein kokteylərinə üz tutun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir