masin

2016-cı ilin ən bahalı avtomobilləri

Baxış sayı: 130

Bu gün avtomobil insanların həyatının vazkeçilməz atributuna çevrilib. “Gencaile.az” Avtosfer.az-a istinadən  sizə 2016-cı ilin ən bahalı avtomobillərinin siyahısını təqdim edir:

10) Mercedes-Benz CL 65 AMG. Dəyəri – 220.000 dollar

http://www.olke.az/uploads5/xa8773fee92c213af94cfa21a37f4d524.jpg.pagespeed.ic.DhwhNjcdTN.jpg

Dünyanın ən bahalı avtomobillər siyahısını tərtib edərkən “avtomobillərin kralı” markasını unutmaq günah olardı. CL 65 AMG modelinin kapotu altında V12 obrazı, 6 litr həcmli, 612 at güclü mühərrik yerləşdirilib. Bu modelin maksimal sürəti 290 km/saatdır.

9) Aston Martin Vanquish. Dəyəri-280.000 dollar

http://www.olke.az/uploads5/x48cf948d37f6f19f-main.jpg.pagespeed.ic.EVE3f9Ojk4.jpg

Siyahının 9-cu pilləsində ingilis istehsalı olan Aston Martin qərar tutub. 2012-ci ildə təqdim edilən “super car” bu günə qədər də alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır. 573 at güclü, V12 obrazlı mühərrik 295 km/saat sürətlə hərəkət etməyə imkan yaradır.

8) Bentley Mulsanne. Dəyəri-310. 000 dollar

http://www.olke.az/uploads5/x48cf71064363d8b5-large.jpg.pagespeed.ic.h3E9TN4cIh.jpg

Avtomobil Fransanın Le-Man şəhərindəki yarış şossesinin şərəfinə adlandırılıb və 2014-cü ildə təqdim edilib. Model əsasən əl ilə yığılıb. İstehsalçı tərəfindən nəzərdə tutulan xüsusi texnologiya sayəsində 6.8 litrlik turbinləşdirilmiş mühərrik istifadə zamanı V8 vəziyyətindən V4 vəziyyətinə keçə bilir. Maksimal sürəti 305 km/saatdır.

7) Ferrari F12 Berlinetta. Dəyəri- 323. 000 dollar

http://www.olke.az/uploads5/xFerrari-F12berlinetta.jpg.pagespeed.ic.KbyshF0e4U.jpg

F12 Berlinetta italyan şirkətinin istehsal etdiyi ən sürətli və güclü modellərdən biri sayılır. Model 2012-ci ildə təqdim edilib. 6.2 litr həcmli, V12 obrazlı, 720 at gücü olan mühərrik 340 km/saat sürətlə hərəkət etməyə imkan yaradır.

6) McLaren P1. Dəyəri- 1.150. 000 dollar

http://www.olke.az/uploads5/xmclaren-p1-photoshoot-15.jpg.pagespeed.ic.uMa3PfpuyL.jpg

McLaren şirkəti P1 modeli barədə 2011-ci ildə məlumat versə də, istehsal 2013-cü ildə baş tutub. 3.8 litr həcmli, V8 obrazlı, 727 at gücü olan hibrid mühərrik alıcılar tərəfindən rəğbətlə qarşılanıb. P1 300 km/saat sürəti 16.5 saniyəyə əldə edir.

5) Ferrari LaFerrari. Dəyəri-1.350 .000 dollar

http://www.olke.az/uploads5/x6912.jpg.pagespeed.ic.DRjRzGX6W2.jpg

Ferrari şirkətinin daha bir modeli siyahıya salınıb. 2013-cü ildə təqdim edilən LaFerrari modeli 2002-ci ildə istehsal edilən Ferrari Enzo modelinin yenilənmiş versiyası sayılır. Avtomobilin kapotu altında V12 obrazlı, 6.2 litr həcmli, 963 at gücü olan mühərrik yerləşdirilib. Maksimal sürəti 350 km/saat olan avtomobil məhdud sayda, yəni cəmi 499 ədəd istehsal edilib.

4) Pagani Huayra. Dəyəri- 1.440.000 dollar

http://www.olke.az/uploads5/x001_Pagani-Huayra-Tempesta-Package-e1462873200157.jpg.pagespeed.ic.biaZRWjt8I.jpg

Həqiqətən də italyanlar super-kar istehsalında liderliklərini qoruyurlar. Dünyanın ən bahalı avtomobilləri siyahısında Pagani şirkətinin Huayra modeli 4-cü pillədə qərarlaşıb. İki turbokompressorla təchiz edilmiş V12 obrazlı, 6 litr həcmli hibrid mühərrik 700 at gücündədir. Bu isə 370 km/saat maksimal sürət deməkdir.

3) Hennesey Venom GT. Dəyəri 1.650.000 dollar

http://www.olke.az/uploads5/x018-hennessey-venom-gt-chassis-03-opt.jpg.pagespeed.ic.UMlf7yztlb.jpg

2011-ci ilin dekabr ayında təqdim edilən Hennessey Venom GT avtomobili artıq əfsanəyə çevrilib. Seriya istehsalı avtomobillər arasında dünya rekordu məhz bu avtomobilə məxsusdur. 2013-cü ilin fevral ayında Venom GT modeli 427.6 km/saat sürətlə hərəkət edərək Ginnesin rekordlar kitabına düşüb. 2014-cü ildə isə öz rekordunu təzələyərək 435.31 km/saat sürətlə hərəkət edə bilib. İki ədəd turbokompressorla təchiz edilmiş 7 litr həcmli, V8 obrazlı mühərrik 1244 at gücündədir.

2) Bugatti Veyron. Dəyəri- 2.000.000 dollar

http://www.olke.az/uploads5/Bugatti-Veyron-696x385.jpg.pagespeed.ce.qnhb_t_otK.jpg

Veyron modeli dünyanın ən güclü “super car”larından hesab edilir. 431 km/saat maksimal sürətlə hərəkət edə bilir. 100 km/saat sürəti cəmi 2.5 saniyəyə əldə edir. 8 litr həcmli mühərrik 1200 at gücündədir.

1) Lamborghini Veneno Roadster. Dəyəri 4.500.000 dollar

http://www.olke.az/uploads5/x1427144014_lamborghini-veneno-9.jpg.pagespeed.ic.HW4Ue6RdWR.jpg

Siyahının birinci pilləsində İtaliyanın Lamborghini şirkətinin Veneno Roadster modeli qərarlaşıb. Bu model Aventador modelinin yenilənmiş versiyası sayılır və çəkisi  Aventadora nisbətən 130 kq daha yüngüldür. 12 silindirli, 6.5 litr həcmli, 750 at gücü olan mühərrik 355 km/saat maksimal sürətlə hərəkət etməyə imkan verir. Veneno 100 km/saat sürəti cəmi 2.8 saniyəyə əldə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir