GEYIM

2023-cü ilin ən dəbli ulduzları – FOTOLAR

Baxış sayı: 323

“Vogue” jurnalı 2023-cü ilin ən dəbli ulduzlarının adını açıqlayıb. Ümumilikdə reytinqdə 15 ulduz yer alıb.

Onların arasında bu il Renessans turnesi sayəsində diqqət mərkəzində olan müğənni Beyons, hamiləliyin son mərhələlərində dəfələrlə təxribat xarakterli obrazlarda görünən Rihanna və “Game of Thrones” ulduzu Meysi Uilyams da var.

Siyahıya həmçinin bir müddət əvvəl təbii kürk geyindiyinə görə tənqid edilən Kendall Jenner, “Euphoria” ulduzları Hanter Şafer və Ceykob Elordi, Rihannanın sevgilisi ASAP Rocky, Tilda Suinton, “The Crown” serialının aktyoru Emma Korrin, Lili Qladstone, Jodi Terner-Smit, Qreta Li, Troye Sivan, Yseult və Harri Staylsın yeni sevgilisi Teylor Rassell daxildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir