usaqlar

Duyğusal zəkanı inkişaf etdirən oyunlar

Baxış sayı: 329

Bildiyimiz kimi uşaqların xarakteri çox erkən elmi izahatı ilə erkən uşaqlıq dövründə formalaşır. Bu dövrdə uşaqların yalnız IQ deyil EQ yəni emosional zəkaları da dəstəklənməlidir.

Bu səbəblə, yetginliyə hazır, güclü bir insanı yetişdirmək üçün onlara mümkün olan ən çox dərəcədə diqqətimizi vermək son dərəcə əhəmiyyətlidir.

Uşaqların duyğusal zəkasını artıra biləcək 6 oyun:

Kompliment oyunu. Bu oyun bir qrup çalışması olaraq oynana bilər. Uşaqlar dairə şəklində oturar və bir-birilərinin gözlərinə baxanda yanlarında oturan dostlarına bir neçə gözəl söz deməlidirlər. Yanlarındakı yoldaşları isə kompliment üçün təşəkkür etməli və növbəti oyunçuya gözəl sözlər söyləməlidir.

Bəzi uşaqlar, gözəl söz söyləmək və ya kompliment etməkdə çətinlik çəkirlər. Bu oyun uşaqlara nəzakətli olmağı, bir insanı xoşbəxt etməyi və təşəkkür etməyin vacibliyini öyrədir.

Şam üfləmə oyunu. Bu oyun eyni zamanda uşaqlara dərindən nəfəs almağı öyrətməyi də məqsəd qoyur. Burun yoluyla hava tənəffüs et, qarnını doldur və bir şamı söndür. Uşaq bütün tapşırıqları anlayanda onu masanın üstündəki şamdan 2 metr uzaqdakı bir stulda əyləşdirin. Uşaq ayağa qalxa bilməz və ya şama yaxınlaşa bilməz. Şamları 2 metrlik məsafədən söndürməyə çalışmalıdırlar. Oyun, uşaq şamı söndürənə qədər bitməz.

Şar oyunu. Şar, uşaqlara doğru nəfəs almalarını və rahatlamalarını öyrədəcək ecazkar bir oyundur. Eyni zamanda uşağınızı daha yaxşı dərk etməyinizə köməkçi olacaq. Uşağınıza bir şar verin və onu şişirməyini istəyin və sonra şar hava yavaşca uşağınızın ağzına doğru sərbəst buraxın. Uşağınızın özünü şişirdilmək üzrə olan bir şar kimi olduğunu düşünməsi lazımdır. Sonra sanki şarın içindəki bütün havayı yavaşca çölə çıxardın. O zaman uşağın özlərini nə zaman bir şeylərə nəzarət edəmiyəcək kimi və ya həddən artıq şişmiş bir şar kimi partlamaq üzrə olduğunu hiss etdiyini izah etmələrini istəyə bilərsiniz. Beləliklə, uşağınıza çətin anlarda necə sakitləşəcəyini göstərə və problemlərinə həll üsulları təqdim edə bilərsiniz. Uşağınızın narahat olduğunu bilmək, çətinliklərin öhdəsindən gəlmələrinə yardımçı ola bilərsiniz.

usaqlar

Hekayə yazma oyunu. Bu oyun valideyn və uşaqla birlikdə oynalınır və uşaqların xəyal gücünü mükəmməl bir şəkildə inkişaf etdirə bilər. Bir uşağa verilən vəzifə məntiqi olaraq əlaqəsiz sözləri ehtiva etməlidir. Uşağın onlardan bir hekayə yaratması tələb olunur. Məsələn: Meşə, təkər, çay, avtomobil, dalğa, ay, xəz, tavan, qar. Uşağınızın xəyal gücünü istifadə etmə şəklindən olduqca təsirlənəcəksiniz!

Hər biri öz yolunda oyunu. Bu oyun grupça oynanıla bilər. Oyun başlamazdan əvvəl, hər bir iştirakçı, liderə müəyyən bir vəzifə verməlidir: bir mahnı oxu, bir yerə get, birinə səslən kimi. Verilən vəzifələrdə heç bir məhdudiyyət yoxdur. Hər kəs vəzifəsini yerinə yetirdikdən və liderə nə istədiklərini dedikdən sonra oyunun qaydaları açıqlanır. Oyundakı hər bir uşağın liderə söylədiyinin eynisini etməsi lazımdır. Bu səbəblə, lideri aldatmağa çalışan şəxslər də öz tələsinə düşürlər. Bu oyun, lider rolunu ciddiyə almağa və uşaqların məsuliyyət şüurunun inkişafına imkan verir.

Usaqlar

Səninlə eyni fikirdə deyiləm oyunu. Oyun, uşağın şəxsi seçimləri haqqında sual verməklə başlayır. Uşağınız bu oyunu sizinlə deyil, digər uşaqlarla oynasa daha faydalı ola bilər. Oyun, 2 nəfərlə oynanır. Tərəflərdən biri sual soruşur; “Son vaxtlarda hansı kitabı oxumusan?”. Digəri cavab verir: “Çirkin Ördək Balası”. İlk sualı verən uşaq “Çirkin Ördək Balası gözəl bir kitab deyil”. Deyərək mənfi cavab verməlidir. Uşağın vəzifə isə bu mənfi rəyi aradan qaldırmaqdır. Bu vəziyyət üçün cavab verən uşaq, “Nağıl oxumaq maraqlı və faydalıdır. Hər kitab oxumağa dəyər” deyərək cavab verə bilər.

 

Mustafayeva Sünbül 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir