40 dollarlıq ana

Baxış sayı: 1. 535

Ananız yoxdur? Çox uzaqda yaşayır? Ya da onu sevmirsiniz? Bütün bu problemləri gündəlik 40 dollar xərcləməklə həll etmək olar.

“Gencaile.az” “Guardian” qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində yaşayan 63 yaşlı Nina Kenealli kirayəlik ana xidməti göstərir.

O, 40 dollar qarşılığında gənclərin dərdlərinini dinləyir, yeməyini bişirir, sizinlə oturub filmə baxır. Yaşlı qadın gənclərin öz valideynləri ilə danışa bilmədiklərini, peşə seçimi və həyat tərzinin dəyişdirilməsi kimi mövzuları ona danışdıqlarını bildirir. “Bir çoxunun mənimlə danışmaq istədiyini gördüm. Valideynlərinə izah edə bilmədikləri şeyləri mənə söyləyirdilər”, – o əlavə edib.

Kiyarəlik ana xidmətindən faydalanmaq istəyənlər onunla e-poçt ünvanı ilə yazışaraq görüşüb-görüşməyəcəklərinə dair qərar verirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir