34

70 illik məhəbbət hekayəsi…

Baxış sayı: 1. 364
“The Associated Press” ağlasığmaz məhəbbət hekayəsindən söhbət açır. Agentliyin bu yazısı Qərb mediasında geniş rezonans doğurub. Heç hind filimlərinə ssenari yazanların da ağlına belə bir şey gələ bilməzdi…
Amerika vətəndaşı olan 93 yaşlı Stiv Tomas II Dünya Müharibəsi veteranıdır. 70 illik ayrılıqdan sonra Avstraliyada yaşayan 88 yaşlı sevgilisi Coys Morris ilə yenidən qovuşub. Artıq sevgililər 2 həftəlik bal ayına hazırlaşırlar…
Onlar Londonda tanış olanda qızın 17, oğlanın isə 21 yaşı olub. Müharibədən sonra Stiv yaşamaq üçün ABŞ-a üz tutub. Sonra sevgilisinə məktub yazıb. Deyib ki, gəl, evlənək, Amerikada yaşayaq. Bir müddət sevgi məktubları dünyanın bu başından o biri başına yollanırmış. Sonda aralarında inciklik yaranır. Coys elə başa düşür ki, Stiv onunla evlənməkdə əvvəki kimi qərarlı deyil…
Sonra hər ikisi bir başqası ilə evlənirlər. Stivin xanımı 2001-ci ildə dünyasın dəyişir. Coys isə 30 illik evlilikdən sonra ərindən ayrılır…
Ötən il Coys Morris oğluna deyir ki, İnternetdə Stiv Tomasla bağlı axtarış apar. Az sonra sevgililər Skype vasitəsi ilə bir-biri ilə virtual əlaqəyə girirlər. Avstraliyalı xanım amerikalı sevgilisinə deyir ki, bu ötən illər ərzində hər gün səhər yuxudan duranda onun şəkli ilə salamlaşıb: “Deyirdim ki, sabahın xeyir, Stiv!- böyük eşq hekayəsi”
Amerikalı isə sevgilisinə yana-yana deyib ki, nə yazıq ki, səni bağrıma basıb var gücümlə qucaqlaya bilmirəm. Qollarımda taqət qalmayıb…
Bu eşq hekayəsi mediaya yol tapandan sonra yüzlərlə amerikalı Stivin adına açılmış bank hesabına pul köçürüb. Verciniya Biç-in camaatı öz yerlilərinə əl tutub ki, müharibə veteranı uzaq Avstraliyaya səfəri zamanı maddi sıxıntılarla üzləşməsin…
Tezliklə onlar görüşəcəklər. Sonsuz sevincdən doğan göz yaşları yanaqlardan süzülüb gedəcək..



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir