ayi

Ağlasığmaz toy: Nikah şahidi ayı oldu

Baxış sayı: 1. 531

“Gencaile.az” “People’s Daily” qəzetinin internet versiyasına istinadən xəbər verir ki, 30 yaşlı Denisin həmyaşıdı Nelya ilə nikah mərasiminə 130 kiloqramlıq Stepan adlı ayı şahidlik edib.

Gəlin, bəy və ayı birlikdə toy mərasimini lentə alan fotoqraflar qarşısında müxtəlif pozalar veriblər. Yeri gəlmişkən qeyd edək ki, toy mərasimində yaşanan maraqlı məqam təkcə ayının nikaha şahidlik etməməsindən ibarət deyil. Belə ki, fotoqraflar mərasim zamanı ayının onlara hücum edəcəyindən ehtiyatlanıblar. Lakin onların gözlədiklərinin əksinə olaraq heyvan heç kimə hücum etməyib. Əksinə, bəy və gəlinlə mehriban olması ilə yadda qalıb.

Bu cür maraqlı mərasimlə bağlı fikirlərini bölüşən Denis və Nelya xoşbəxt olduqlarını bildiriblər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir