Ramide O

Ailə dəyərlərinin uşaqların inkişafında rolu

Baxış sayı: 2. 296

Qloballaşan dünyada, informasiya texnologiyasının sürətli inkişafı, istər sosial, istər iqtisadi inkişafa təsir göstərdiyi kimi Psixoloji inkişafa da öz mənfi və müsbət tərəfləri ilə təsir göstərdi.

Psixoloji inkişaf dövründə, insanların hadisələrə münasibəti kəskin şəkildə dəyişdi.

Psixoloji inkişaf dövründə insanların hadisələrə münasibəti kəskin şəkildə dəyişməyə başladı. Belə ki, ailə dəyərlərinin formalaşması, ailənin inkişafı, ailədə baş verən hadisələr təbii ki, sosial cəmiyyətdən də yan keçmir və ailələrdə böyüyən uşaqların hər biri fərdi inkişafa sahib olmağa başlayırlar. Çox təəssüflər olsun ki, ailə dəyərləri formalaşarkən ailədə olan ata-ana əsas başlıca amildə rol oynayan insanlar, yəni valideynlər uşaqların fərdi psixoloji inkişafına o qədər də diqqət yetirmir və onları bir toplum şəklində sanki kütlə psixologiyasına uyğun olaraq böyütməyə başlayırlar. Və bu zaman uşaqların şəxsi xarakterləri temperamentipləri, şəxsiyyətin formalaşması, individual yanaşmalar unudulur. Belə ki, ata və ana övladını “mən necə istəyirəmsə, o şəkildə olsun” məntiqiylə böyütməyə çalışır və düşünür ki, ata və ana olaraq daha çox məsələn, onların yeməyi, içməyi, paltarı geyinməsi, məktəbə hazırlığı və əsasən də məktəb dərslərinə hazırlıqlarının əlavə hazırlıqları ilə, yəni yetərli hesab edirlər. Bu isə təbii ki, bir şəxsin inkişafında öz dəyərlərinə öz mənfi təsirlərini göstərməyə başlayır.

Biz həm cəmiyyət olaraq, həm də ailədə ata, ana olaraq uşaqların cəmiyyətə, şəxsi psixoloji inkişafına təsir göstərməliyik. Onların şəxsiyyət kimi formalaşmasına dəstək göstərməyi valideyn olaraq özümüzə borc bilməliyik. Bu valideynlik hissi təkcə onların mənəvi qidalanmasına deyil, eyni zamanda psixoloji dəstək almasına da kömək göstərməlidir. Bir şəxsiyyət kimi uşaqlar təbii ki, öz sağlam düşüncəsi ilə cəmiyyətə təsir göstərəcək. Həmçinin öz münasibətlərini, öz mənfi yanaşmalarını isə özləri də bilmədən şüuraltı səviyyəsində sərgiləməyə başlayacaqlar.Valideyn olaraq ata və ana övladın şəxsi dəyərləri fonunda çıxış edərlərsə, empati qurmağı bacarmalıdırlar, onların öz dövrləri ilə müqayisə etmək deyil, müzakirə, onların zamanlarına görə onların psixoloji inkişafına dəstək göstərməlidirlər və daha çox mənəvi dəyərlərə sahib olması üçün şəxsi psixoloji vəziyyətlərini sağlam tutmağı bacarmalıdırlar. Yəni sağlam psixoloji vəziyyət deyərkən ailədə böyüyən uşaqların hər birinin yaş xüsusiyyəti var. Bu yaş xüsusiyyətinə uyğun olaraq da valideynlər məlumatlanaraq övladlarını həmin yaşda “nələr lazımdır, nələr lazım deyil, nələri etmək olar, nələri etmək olmaz” kimi münasibətləri bilməli və onları öz övladları ilə övladlarının üzərində formalaşdırmağı bacarmalıdırlar.

Uşaq psixologiyasına nəzər yetirsək, ailədə böyüyən uşaqlar sıfır bir yaş, aralığında 1 -3 yaş aralığında, 3, -6 yaş, 6 -10 yaş, 14 -15 yaş və 15 yaşdan yuxarı ərgənlik dövrünə uyğun olaraq dəyişməlidir. Əgər biz daha çox 1,3, 3-6 yaş aralığında övladlarımıza daha çox qayğı göstəririk, daha çox sevgi göstərir, onların qidalanmasına, gigiyenik xüsusiyyətlərini formalaşdırırıqsa, onların ətraf aləmlə tanışlığını bərpa etməyə, çalışırıqsa, nitqi üzərində çalışırıqsa, eyni zamanda,unutmamalıyıq ki, onların xarakter xüsusiyyətləri də formalaşmağa başlayır. Biz üç yaşına qədər uşaqların daha çox ailədə sevgi, qayğı üzərindən və hər bir öhdəliyi valideyn tərəfindən götürüldüyünü görə bilirik. Ancaq 3-6 yaş aralığında isə uşaqlarda oyun psixologiyası ilə oyunlarla uşaqların həyatına təmas etmək, onların psixoloji durumunu nəzərə almaq və formalaşmasına təsir göstərmək lazımdır. Təbii ki, ailə münasibətləri, ailə münaqişələri, ailədə baş verən hadisələr uşaqların şüuraltına məntiqli şəkildə oturur və bir müddətdən sonra şüuraltında oturmuş hər hansı bir münasibət informasiya zamanla, təbii ki, kobineti bacarıqlara çevrilir və bu kabineti bacarıqlar isə onların həyatında müsbət və mənfi təsirlərə məruz qalır və biz 3-6 yaş dövrünə baxsaq, uşaqların inkişafında oyun fəaliyyəti dövrüdür, Yəni uşaqlar oyunlarla böyüyürlər. Ətraf aləmi tanıyırlar. Qohum əqrəbəni tanımağa başlayırlar. Valideyn komandaları ilə böyüyürlər və onları öz psixologiyalarında izah edərək, analiz edərək inkişaf etməyə meyilli olurlar. Əgər biz ailədə bu yaş aralığında münaqişələri davamlı şəkildə görürüksə, ailəyə üçüncü şəxsin müdaxiləsi varsa, ailədə boşanma halları varsa, həmin dövrdə deməli, uşaqlar münasibətini dəyişir və ata və ananın övladına qarşı olan münasibəti təbii ki, onların da oyuncaqlarına olan münasibətinə təsir göstərmiş olur və eyni zamanda biz bu yaş aralığında hər hansı bir hadisənin baş verməsindən dolayı uşaqlarda atılma, itirilmə qorxusunun yaşandığını görə bilirik. Aqressiya formalaşır, ünsiyyətdən kənarlaşırlar, yəni ünsiyyət qurmağa cəhd göstərmirlər. Bildiklərini demək istəmirlər, sosial münasibətlərə qarşı özlərini daha qapalı hesab edirlər və uşaqlarda aqressiya ilə bərabər davranış pozuntularını rahat bir şəkildə açıq aşkar bir şəkildə görə bilirik.

Əgər uşaqlarda biz oyun formasında oyuna aqressiv yanaşma, öz həmyaşıdlarına, aqressiv yanaşma, hansısa bir ləngimə prosesini analiz etmə prosesinin zəif olduğunu görürüksə, təbii ki, valideyn olaraq bunu vaxtında aradan qaldırmaq, mütəxəssislə korreksiya etmək ən vacib üsullardan biridir. Çünki uşaq yaşlarından uşaq şüuraltına, uşağın psixikasına yeridilən hər bir informasiya, hər bir münasibət onların böyüdüyü zaman psixikasında ciddi bir şəkildə özünə yer tutacaqdır və onlar onu həyata tətbiq etmək istəyəcəkdir öz həmyaşıdları ilə o formada davranmağa başlayacaqlar və bu davranışlar bir müddətdən sonra yeniyetməlik dövründə – ərgənlik dövründə intihar halı kimi münasibətlərin formalaşmasına, davranış pozuntularının olmasına, aqressiv davranışların daha çox üstünlük təşkil etməsinə, mutizmə, yəni danışmama xüsusiyyətinə, qapalı olma münasibətlərinə, ünsiyyətdən kənarlaşma, yaşıdları ilə münasibət qura bilməmə və sosial aktivistlərin sosial bacarıqlarının geri qalmasına səbəb olacaqdır. İntihara səbəb olacaqdır və yaxud da sosial davranışlar dediyimiz özünə qəsd kimi hallarla müşahidə edə bilirik və bu halda təbii ki, valideyn övladına daha çox şiddət vurğulayarsa, valideyn övladına daha çox qadağa qoymağa başlayarsa, valideyn övladı ilə onun bacaracağı, onun anlayacağı dili taparaq danışmaq istəməzsə, bu halda da biz ciddi bir pozuntuların ortaya çıxdığını görə bilərik. Bu isə insan psixologiyasında şəxsiyyətin formalaşmasına təsir göstərir və şəxsiyyətin formalaşması isə ərgənlik dövründə cəmiyyətdə böyük bir təhlükənin olması anlamına gəlir. Belə ki, şəxsiyyətin pozulması ilk kiçik yaşlarından başladığı üçün bu insan psixikasında böyüyə-böyüyə gedir və onun cəmiyyətə olan antipatiya hissinin formalaşmasına, cəmiyyətə aqressiv yanaşmasına və münasibətin pozulmasına gətirib çıxarır və intiqam hissinin güclənməsi, intiqam almaq, kin küdurətin inkişaf etməsi, sonradan isə canlı bir qatilin yetişməsinə qədər gətirib çıxarda bilər. Odur ki, mən əziz valideynlərdən xahiş edirəm ki, övladlarının yaş xüsusiyyətinə uyğun olaraq davranış nümayiş etdirsinlər və hər bir ailədə hər bir valideyn çalışsın ki, öz övladının psixoloqu olsun, onları dinləsin, onlara ünsiyyət imkanı versin. onları davamlı olaraq qayğı ilə sevgi ilə əhatə eləsinlər. Dinləmək ən gözəl ünsiyyət bacarığıdır ki, bir valideyn övladını dinləməyə məcburdur və dinləmək sevgisini ona aşılamalıdır ki, övladı hər hansı bir hadisələrdən etkilənərsə, hər hansı bir hadisələrə münasibət bildirərsə, onu valideynləri ilə bölüşə bilsin və bölüşdükdə isə valideyn onu yarğılamaq önyarğılı davranmaq, tənqid etmək, təhqir etmək, qorxutmaq kimi deyil, ən sağlam şəkildə yanaşmalıdır. Bu gün cəmiyyətin ən böyük bəlası ünsiyyətdir və çalışmalıyıq ki, valideyn olaraq ailə dəyərlərinin qorunub saxlanması üçün ailədə formalaşan mühitin uşaq psixikasında müsbət rol almasını təmin etmək üçün birinci ər-arvad münasibətləri sağlam olmalıdır. Ailədə böyüyən uşaqların hər birinə individual yanaşma olmalıdır. Uşaqların dinlənilməsi daha çox vacibdir və biz uşaqlarımızı bu günün uşağı olaraq deyil də gələcəyin bir şəxsiyyəti kimi formalaşdırmalıyıq.

 

Ramidə Oqtayqızı

“Orvita” Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru




14 şərh “Ailə dəyərlərinin uşaqların inkişafında rolu

  1. Xıdicə Abbasova

    Cox maraqli movzuya toxunmusunuz. Tesekkur edirem Ramide xanim. Mence valideynlər ucun maariflendirici bir yazi olacaq.

    Cavabla
  2. Kifayət Abbasova

    Uşaqların şəxsiyyətinin formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və davranışında, idrak fəallığının inkişafında valideyn-övlad münasibətləri mühüm rol oynayır.

    Cavabla
  3. Rahib Mahmudov

    Uşaqlar ailənin güzgüsüdür. Bu səbəbdən onlara tərbiyə verməzdən öncə özümüzə tərbiyə verməliyik. Xüsusən dövrdən asılı olmayaraq tərbiyə mütləqdir. Uşaqlarımızdan hansı davranışı istəyiriksə, o davranışı da etməliyik.Hər hansısa səhvi etdiklərində, onlar yox, özümüz etmiş oluruq. Uşaqlarımızı uğurlu, qələbə qazanmış formada görmək istəyiriksə özümüz də o istiqamətdə formalaşmalıyıq. İxtisasından, peşəsindən asılı olmayaraq valideyn olan şəxslər körpələrinin, uşaqlarının qeydinə qalmalıdırlar. Bu səbəbdən uşaqların psxologiyası ilk öncə ailədə formalaşır.

    Cavabla
  4. Səbinə Əhnədova

    Hər yeni doğulan uşaq dünyaya göz açdığı gündən başlayaraq ətraf aləmlə təmasda olur. Uşaqların sosial həyata uyğunlaşması müəyyən mərhələlər şəklində baş tutur. Dünyaya gələn gündən uşaqlara lazımi imkanlar yaradılması onların hərtərəfli inkişafında mühüm rol oynayır. Uşaqların həm fiziki, həm də psixi inkişafı vacib amildir. Uşaqlar əvvəl ailənin, sonra cəmiyyətin güzgüsüdür. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafını, hərəkətlərini, şəxsiyyət kimi formalaşmasını təmin edir. Valideyn münasibəti bu inkişafı sürətləndirir, uşağın gələcək taleyinə birbaşa təsir göstərir

    Cavabla
  5. Məhəmməd Mirzəbəyov

    Maraqli, aktual ve valideynler ucun maariflendirici yazıdir. Tesekkurler Ramide xanim

    Cavabla
  6. Tahur

    İnsanın şəxsiyyət kimi yetişməsində, sosiallaşmasında xalqın milli-mənəvi keyfiyyətlərinin gələcək nəsillərə ötürülməsində ailə alt qurum hesab edilir

    Cavabla
  7. Faiq S.

    Məhz ailədə ilk tərbiyə alınır və uşaqlar ilk sosial təcrübəyə yiyələnir, bir şəxsiyyət kimi formalaşırlar. Ailə ilk tərbiyə ocağı kimi böyüyən uşağın gələcək inkişafında, taleyində mühüm rol oynayır.

    Cavabla
  8. Bəyim Sultanova

    Uşaq dünyaya gəldiyi gündən valideynlərin üzərinə böyük bir yük, cavabdehlik düşür. Onlar çalışmalıdırlar ki, körpənin qayğısına qalıb, onu sağlam böyüdüb, cəmiyyət üçün yararlı vətəndaş kimi yetişdirsinlər.

    Cavabla
  9. Rəna Kazimli

    Uşaq təhsilində ailənin rolu danılmazdır. Gün keçdikcə, ailədaxili təhsilin rolu və dəyəri daha da anlaşılır. Ailədə daxili və xarici münasibətlər normal və uyğundursa, uşaq üçün möhtəşəm bir təhsil mühitidir.

    Cavabla
  10. Aydan Nəsirzadə

    Düzgün və sakit, sağlam ünsiyyət mühiti olan bir ailə uşaqların təhsili və inkişafı üçün bənzərsiz bir məktəbdir. Bəzi ailələr daxili və xarici problemlər səbəbindən düzgün təhsil şəraiti yarada bilmirlər. Daxili səbəblərdən ən önəmi ailədaxili münaqişə və ünsiyyət əksikliyidir.

    Cavabla
  11. Ononim

    Salam. Xahis edirem bu yazdigimi ononim olaraq paylasin. Bu xanim menim tanidigim nitq qusurlu bir xanima oz merkezinde temennasiz destek olur. Çox sag olsun ki, mualicesini tam odenissiz edir. Bunu bura ona gore ononim olaraq yazdim ki, belke o xanim gorse imkansizligindan utanar. Amma hem de ona gore yazdim ki, bu gozel urekli xanimi haminiz tanıyasiniz ki, Ramide xanim kimi insanlar hele de var ve yaxsi ki var.

    Cavabla
    1. Gənc Ailə Post author

      Hörmətli oxucumuz, belə bir məlumatı bizimlə və bütün oxucularımızla paylaşdığınız üçün minnətdarıq. Ramidə xanım kimi cəmiyyət üçün faydalı, xeyirxah bir mütəxəssislə əməkdaşlıq etməkdən məmnunluq hissi duyuruq. Öz sahəsində uğurlar qazanmış, onu tanıyanlar arasında nüfuz sahibi olmuş biri yəqin ki, bizə məlum olmayan daha neçə-neçə belə əməllərin sahibidir. Saytımız adından ona təşəkkür edirik.

      Cavabla
  12. sevda

    Bu xanim cox yaxsi insandi. Yuxarida bir xanim qeyd edib ki, təmənnasiz yardim edir. Duzdu bir neferi de men taniyiram. Salonda isleyen qizdi ona da odenis almadan destek olurlar. Sag olsun.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir