Fazile Camalova

Qorxu nədir? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 607

Qorxu çoxlu təsirə malik olan, böyük və ya kiçik qərarlarımızın əksəriyyətinə təsir edən bir emosiyadır. Qorxu hissini hər kəs bir cür izah etsə də, ümumən daxilimizdə var olan bir funksiyadır. Qorxunun əsas funksiyası insanlığı yaşatmaqdır. Bizim ümumi qorxularımızın çoxu bəşəriyyətin müdafiə vasitələridir. Bizi ayıq saxlayan qorxu çox vaxt həyatımızı xilas etmək üçün kifayət qədər təsirə malikdir. Qorxu hissi də öyrənmək üçün motivasiya təmin edə bilər, lakin qorxu hissinin nəzarətsiz artması zərərli ola bilər. Qorxunun nə olduğu sualının cavabı kifayət qədər mürəkkəbdir, çünki qorxunun səbəbləri tək və əsas deyil. Bəziləri mənfi təcrübələrə görə ola bilər, digərləri isə nəzarəti itirmək narahatlığı kimi tamamilə fərqli bir səbəbə görə ola bilər. Qorxunun nə olduğu sualının cavabı kifayət qədər mürəkkəbdir, çünki qorxunun səbəbləri müxtəlif və çox şaxəlidir. Formasına görə qorxuları psixoterapevtlər “real və nevrotik” olaraq dəyərləndirir. Real qorxular insanın bütün gücünü və onu gözləyən təhlükələrə konsantirə edir. Nevrotik qorxu isə insanın özü bağlı olan psixoloji bir vəziyyətdir. Yenə psixoterapevtlər  bu qorxu növlərini əlmaətlərinə görə təhlil edirlər. Pataloji və Təbii növünə ayıraraq dəyərləndirilir.

*Pataloji növ qorxu fantaziyalar, fərziyyələr, ehtimallar və fantaziyalardan iləri çıxaraq yaranır. Təhlükədən tam uzaq bir yerdə özünüzü, sevdiklərinizi narahat hiss edirsinizsə, deməli, bu, pataloji bir qorxudur. Pataloji qorxular insan həyatını məhv edir.

*Təbii qorxu isə həqiqətən var olan təhlükədən və baş verən hadisədən asılı olaraq yaranır. Uşaqlarda qorxular tramvaya bağlı olur və ölüm qorxusu, uduzmaq qorxusu, qaranlıq qorxusu, itirmək qorxusu və s

Qorxularının ən əsas səbəbi  yaşanan travmatik vəziyyətdir. Valideynlər uşaqları nağıl qəhramanları ilə qorxudaraq, öz məqsədlərinə çatmağa çalışırlarsa, uşaq tək və ya qaranlıqda qalmaqdan qorxa bilər. Valideynlər tez-tez belə ifadələrlə işlədir: “Ehtiyatlı ol, yıxılarsan, ayağını sındırarsan.” Bu cür ifadələrdən uşaq yalnız ikinci hissəni qavrayır. Hələ də nə üçün xəbərdar edildiyini tam başa düşməyərək uşaq davamlı qorxulara çevrilə bilən narahatlıq hissi ilə dolur. Ailədə müxtəlif konfliktlər və müzakirə olunan hadisələr uşaqların diqqətindən kənarda qalmır, bu da qorxu hissinə əsas yaradır.

Uşaq qorxularının əsasında müxtəlif səbəblər dura bilər:

Həddən artıq qayğı. Uşaqlar bəzən valideynləri tərəfindən həddindən artıq nəzarətə məruz qalırlar, davamlı olaraq hər yerdə onları təhlükə gözlədiyini eşidirlər. Bu, uşaqları özünəinamsız və qorxaq edir. Ümumiyyətlə müasir dövrdə böyük şəhərlərdə intensiv, streslə dolu həyat tərzi uşaqların psixikasına təsir edərək onu daha da həssas edir.

Qayğının az olması. Valideynlər həddindən artıq iş yükü səbəbindən uşaqlarla çox az ünsiyyətdə olurlar. Bu boşluğu komputer oyunları və televiziya proqramları əvəz edir. Buna görə uşaqla hər gün ən azı bir neçə saat faydalı ünsiyyət qurmaq, birgə gəzintiyə çıxmaq, oynamaq və maraqlı məqamları müzakirə etmək lazımdır.

Fiziki fəaliyyətin az olması. Kifayət qədər fiziki aktivliyin olmaması da qorxuya səbəb ola bilər.

Valideynin uşağa qarşı aqressiv münasibəti. Ailədə ana və ya ata lider mövqe tutursa və tez-tez digər ailə üzvlərinə qarşı aqressiv davranırsa uşaqda qorxuların yaranması demək olar ki, qaçılmazdır. Uşaq valideyni onu təhlükədən qoruyan bir obyekt olaraq qəbul etmir. Belə olduqda uşaq özünü təhlükəsizlikdə hissi etmir və onda qorxu yaranır.

Ailədə qeyri-sabit atmosfer.  Ailədəki qeyri-sabit emosional vəziyyət, ailə üzvləri arasında tez-tez yaşanan qalmaqallar, qarşılıqlı anlaşma və dəstəyin olmaması uşağın ailədə yaşadığı xroniki narahatlığa səbəb olur. Zamanla bu qorxulara səbəb ola bilər.

Uşaqda psixoloji və psixi pozuntuların olması. Qorxu səbəblərindən biri də uşaqda nevrozun olmasıdır. Bu vəziyyət mütləq mütəxəssis tərəfindən müalicə olunmalıdır.

 

Psixoloq, refleksoloq Fazilə Camalova




1 şərh “Qorxu nədir? – MÜTƏXƏSSİS YAZIR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir