menzil

Mənzildə qeydiyyatda olmaq pay hüququ verirmi?

Baxış sayı: 354

“Hər hansı mənzilə qeydiyyatda olmaq həmin sakinə pay hüququ vermir. Vətəndaş bu halda yalnız həmin mənzildə yaşamaq hüququna malik olur”. Bu sözləri Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyir.

Fariz Əkbərov hüquqşünasın hüquqi etika prinsiplərindən danışıb - AÇIQLAMA

Fariz Əkbərov sözlərinə görə, əgər ev sahibi vətəndaşı qeydiyyata alarsa, həmin vətəndaşın yalnız istifadə hüququ yarana bilər. Sadəcə, həmin evdə qeydiyyatda olur. Qeydiyyata düşmüş şəxsin mülki hüququ yaranmır.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il Qərarına əsasən kompensasiyanın məbləği davamlı surətdə və müəyyən müddət daxilində əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.

Birlik sədri deyir ki, ev sahibi qeydiyyatda olan şəxsi yalnız məhkəmə ilə çıxara bilər. Məhkəmə yolu olmadan inzibati qaydada şəxsi qeydiyyatdan çıxara bilməz. Şəxs özü başqa ünvana qeydiyyata düşməlidir ki, həmin ünvandan qeydiyyatdan çıxmış sayılsın.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

Fariz Əkbərov onu da vurğulayır ki,yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır”.

 

Ayşən Vəli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir