Seks

Ailədə seksual marağı necə bərpa etməli? – 5 TƏKLİF

Baxış sayı: 599

Uzunmüddətli münasibətlərdə ehtiras bir müddətdən sonra azalmağa başlayır. Ailə məişət qayğıları ön plana çıxır.

Getdikcə qadın kişi yatağa ancaq yorğunluqdan yatmaq üçün gəlir. Yaş, sağlamlıq problemləri, libidin azalması , stress, münaqişələr emosional “boşanmanı” labüd edir.

Beləliklə, ailə həyatı 5 ildən artıq davam edən cütlüklərə seksual həyatı yaxşılaşdırmaq üçün professional məsləhətləri təqdim edirik.

seks

 

1) Seks cədvəli, növbəsi tutun

Romantik səslənməsə də evli cütlüklərin başqa çarəsi yoxdur. Həftədə bölgü tutub, sağlamlıq baxımından sanki müalicəvi prosedur kimi yanaşın və bir-birinizi görüşə çağırın.

Məsələn, bu həftə ərin növbəsidirsə, gələn həftə qadının.

Eləcə də bir-birinizi başqa yerlərə görüşə dəvət edin, işləri planlı qurun.

Siz məqsədli şəkildə fiziki yaxınlığı, bir-birinizə diqqəti cəmləməyi öyrənməlisiz.

2) Seks təkcə bir növ cinsi əlaqə deyil, seksual yaxınlığın müxtəlif yolları var. Məsələn, birgə vanna, duş qəbulu, masaj, oyunlar və s.

3) Əhvalı qaldıran vasitələrdən istifadə edən

Seks

Cinsi münasibətin əsasını əhval təşkil edir. Ona görə şərab, ətirli çay, birlikdə seriala baxmaq, erotik filmə baxıb sonra münasibətə keçid özü alınacaq.

4) Erotik mesajlaşma

Bal ayınız çoxdan geridə qaldığı üçün,seksoloqlar yenə də oyun və məcburetmə tərzində seksual marağı yaratmağı tövsiyə edir. Kişi işdədirsə, ona erotik fotolar, mesajlar göndərmək olar. Evə gələnə yaxın isə vəziyyəti düzəldin.

5) Telefonları söndürün – ən vacibi budur.

Ər –arvad evdə olduqda işi çöldə qoymalı, axşam 9-dan sonra telefon

qadağası qoymalısız. Telefonlar ancaq vacib zənglərdə götürüləcək.

Bu həm yuxunuzu yaxşılaşdıracaq, həm də bekar qalan cütlüyü bir-birinə yaxın edəcək.

 

Aygün Musayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir